Gürcüstanda yeni idarələrarası şura yaradılıb
Tbilisi, 6 aprel, AZƏRTAC
Gürcüstanda ölkənin dayanıqlı və davamlı iqtisadi inkişafı ilə əlaqədar yeni İdarələrarası İnkişaf və İslahat Şurası yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Hökumət Administrasiyasının mətbuat xidmətindən məlumat yayıb.
Bildirilib ki, Baş nazir İrakli Qaribaşvilinin təşəbbüsü ilə yaradılan yeni idarələrarası şura ölkənin 10 illik inkişaf planını hazırlayacaq.
Baş nazirin rəhbərlik edəcəyi Şuranın üzvləri nazirlər, millət vəkilləri və digər rəsmi şəxslər olacaq.
İnkişaf və İslahat Şurası özünün işçi qrupunu və alt qruplarını yaradacaq, həmçinin lazım gələrsə, digər qurumların nümayəndələrini və ya müvafiq sahədəki mütəxəssisləri, ekspertləri və özəl sektorun nümayəndələrini dəvət etmək səlahiyyətinə malik olacaq.
Şuraya mayın 31-dək hökumətin 10 illik inkişaf planına aid ilkin sənəd təqdim etmək tapşırılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:40]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]