GÜRCÜSTANIN KVEMO KARTLİ-BORÇALI BÖLGƏSİNİN SƏRHƏDDƏKİ GÜRCÜ KƏNDLƏRİ DİRÇƏLDİLƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Georgi Leonidze adına Dövlət gürcü ədəbiyyatı muzeyinin direktoru, şair İza Orconikidze Kvemo Kartli-Borçalı bölgəsinin sərhədində yerləşən gürcü kəndlərinin “Dirçəliş fondu”nu təsis etmişdir. Jurnalistlərlə söhbət zamanı İ.Orconikidze demişdir ki, gürcü ədəbiyyatı muzeyi 26 ildir ki, Marneuli rayonundakı Sioni və Serakvi kəndlərinə yardım edir. Muzeyin təşəbbüsü ilə bu dövr ərzində həmin kəndlərdə məktəb binaları tikilmiş, uşaq bağçaları, Mixail Saakaşvili adına muzey, kitabxana, tibb məntəqələri açılmış, içməli su kəməri çəkilmişdir.
Direktorun sözlərinə görə, bütün bunlara baxmayaraq, Kvemo Kartli-Borçalı bölgəsinin sərhəddəki gürcü kəndləri qayğıya möhtacdır, onlar əslində diqqətdən kənar qalmışlar. Fond həmin kəndlərin dirçəldilməsinə yardım üçün gürcü biznesmenlərə, xeyriyyəçilərə müraciət etməyi planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [20:58]