Gürcüstanın Oni rayonunda yenidən zəlzələ qeydə alınıb
Tbilisi, 9 aprel, AZƏRTAC
Aprelin 9-da yerli vaxtla saat 01:49-da Gürcüstanda daha bir zəlzələ olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Bildirilib ki, aprel ayında sayca üçüncü olan yeraltı təkanlar yenə də Gürcüstanın qərbində, Oni rayonu ərazisində 3,2 bal gücündə olub.
Zəlzələ güclü olmasa da paytaxt Tbilisinin Vaşlidcvari rayonu ərazisində torpaq sürüşməsinə də təsir edib. Ərazidə torpaq çatlarının dərinliyinin və uzunluğunun artdığı bildirilir.
Mütəxəssislər hesab edirlər ki, bu cür təkanlar sürüşmə zonasında ciddi problemlər yaradacaq.
Xatırladaq ki, paytaxtın Vaşlidcvari rayonunda magistral yolun yaxınlığında həm xeyli uzunluqda, həm də çox dərin torpaq çatı yaranıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [22:38]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]