GÜRCÜSTANIN SVANETİ BÖLGƏSİNDƏ VƏZİYYƏT GƏRGİNLƏŞMİŞDİR
E.Kvitsiani Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra ən qalmaqallı cinayət işinin - maliyyəçi Sandro Girqvilaninin amansızcasına qətlə yetirilməsi faktının məhkəmə prosesinin obyektiv keçmədiyindən, cinayətkarların layiqincə cəzalandırılmadığından svanların narazı qaldığını vurğulamışdır. Gürcüstan müdafiə naziri İrakli Okruaşvili ona iyulun 27-dək möhlət vermiş, əks-təqdirdə lazımi tədbir görüləcəyini demişdir. Mestia rayon mərkəzində svanetili ağsaqqallar bununla əlaqədar yığıncaq keçirmiş, E.Kvitsianinin bütün svanlar adından çıxış etməsini məqsədəuyğun saymadıqlarını, onun hansısa xarici ölkənin, ya da kriminalların təzyiqi altında bu cür addım atdığını bildirmişlər. Ağsaqqallar bölgəyə əlavə qüvvə yeridilməsinin qəti əleyhinədirlər.
Gürcüstan parlament əksəriyyətinin nümayəndələri bölgədə vəziyyəti gərgin sayır, əhalinin bu fitnəkarlığa uymayacağına əmin olduqlarını bildirirlər.