Hacıqabulda 1200 nəfərin çalışacağı müəssisədə 35 min avtomobil istehsal olunacaq
Hacıqabul, 1 may, AZƏRTAC
Mayın 1-də Hacıqabul Sənaye Məhəlləsində təməli qoyulan istehsal müəssisəsində avtomobillərin boyaq, qaynaq və yığım mərhələsi həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.
“Bu layihəyə 88 milyon manat vəsait qoyulub. Layihəyə 2025-ci ilin mayında start veriləcək. 1200 nəfərin çalışacağı müəssisədə 35 min avtomobil istehsal olunacaq. Layihə ölkəmizdə qeyri-neft sektorunun inkişafına, istehsalın lokallaşdırılmasına və məşğulluğun təminatına təkan verəcək”, - deyə nazir müavini qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]