REGİONLAR
Hacıqabulda "Yarımçıq qalmış arzular" adlı ədəbi-bədii kompozisiya nümayiş olunub
![](/files/galleryphoto/2022/1/1200x630/16459015102544323609_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16459015105717343846_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16459015106328310355_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16459015105819454315_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16459015107992734_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16459015103082539846_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/1645901510858631655_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/1645901510297116940_1200x630.jpg)
Hacıqabul, 26 fevral, Aydın Yavərzadə, AZƏRTAC
Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Hacıqabul rayonunda silsilə anım tədbirləri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Hacıqabul rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində Xocalı Soyqırımının 30-cu ildönümünə həsr olunan "Yarımçıq qalmış arzular" adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun idarə müəssisələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər. Öncə Xocalı faciəsi qurbanlarının və şəhidlərin xatirəsi sükutla anılıb.
Çıxış edənlər Xocalı soyqırımının bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət olduğunu, xalqımızın yaddaşından heç bir zaman silinməyəcəyini vurğulayıblar.
Diqqətə çatdırılıb ki, Xocalıda törədilən erməni vəhşiliyinə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilib və 1994-cü ildə Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı “Xocalı soyqırımı günü” kimi qəbul edib.
Anım gününə həsr olunan tədbirin sonunda mərkəzin foyesində açılan sərgiyə baxış keçirilib, sonra isə ədəbi-bədii kompozisiya nümayiş olunub.