Hakan Çalhanoğlu 4 aylıq maaşından imtina edib
Bakı, 8 fevral, AZƏRTAC
Türkiyə millisi və Leverkuzenin “Bayer” komandasının futbolçusu Hakan Çalhanoğlu cəzalı olduğu müddətdə məvacib almayacaq.
AZƏRTAC xəbər verir ki, “Bayer”in yarımmüdafiəçisi 4 aylıq diskvalifikasiyası müddətində maaş və bütün mükafatları almaqdan imtina edib. Futbolçu bu addımı ona görə çətin vəziyyətə düşən klubuna həmrəylik əlaməti olaraq atıb.
Xatırladaq ki, Lozannadakı İdman Arbitraj Məhkəməsi (CAS) FIFA-nın Hakanı 4 aylıq cəzalandırmaq və 100 min avro cərimələməklə bağlı qərarını təsdiqləyib. Bu qərar “Trabzonspor”un dünya ali futbol qurumuna şikayəti üzündən olub. Çalhanoğlu 2011-ci ildə bu klubla razılaşsa da, Almaniyanın “Karlsrue” klubuna keçib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]