Hannoverdə Xocalı soyqırımının 21-ci ildönümü ilə imzatoplama kampaniyası keçirilmişdir
Bakı, 26 fevral (AZƏRTAC). Almaniyanın Hannover şəhərinin mərkəzi küçələrində Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı məlumatlandırma və imzatoplama kampaniyası keçirilmişdir.
Bu barədə AZƏRTAC-a Almaniyadakı Azərbaycan Tələbə Birliyinin (ASN) fəalı Elşən Atayaroğlu məlumat vermişdir. Qeyd etmişdir ki, tədbir türk diaspor təşkilatı olan Hannover Anadolu Kartalları (HAK) və ASN-in dəstəyi ilə baş tutmuşdur.
Aksiyanın iştirakçıları ermənilər tərəfindən Xocalıda törədilmiş soyqırımı aktını pisləmiş, bu faciəni əsrin ən dəhşətli insan qətliamı kimi qiymətləndirərək kədərlərini Azərbaycan xalqı ilə bölüşmüş, imzatoplama kampaniyasında fəal iştirak etmişlər. Onlar Xocalı soyqırımının bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu və beynəlxalq ictimaiyyətdən bu qətliama hüquqi və siyasi qiymət verilməsini tələb etmişlər.
Kampaniya çərçivəsində yerli əhali məlumatlandırılmış, Xocalıda baş vermiş qanlı olaylardan bəhs edən kitablar, broşürlər, audio və videodisklər paylanılıb imzalar toplanmışdır.
Elşən Atayaroğlu diqqətə çatdırmışdır ki, Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsi məqsədi ilə toplanan imzalar Almaniya Bundestaqına və Avropa Parlamentinə göndəriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]