Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hanoyda “Azərbaycan-Vyetnam mədəniyyətlərinin paralelləri” mövzusunda konfrans keçirilib VİDEO

Bakı, 1 may, AZƏRTAC

Azərbaycanda keçirilən böyük tədbirlər ölkəmizin beynəlxalq aləmdə sülhə, mədəni inkişafa, xalqlar arasında dialoqa, multikultural dəyərlərə böyük əhəmiyyət verməsinin göstəricisidir.

Bu fikirlər Vyetnamın paytaxtı Hanoyda keçirilən “Azərbaycan-Vyetnam mədəniyyətlərinin paralelləri” konfransında səslənib.

Vyetnamdakı səfirliyimizin, Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə reallaşan konfransda Vyetnam Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin, digər dövlət qurumlarının rəsmiləri, Hanoydakı diplomatik korpusun nümayəndələri, Vyetnamın ali təhsil ocaqlarının müəllim və tələbələri, Azərbaycan universitetlərinin vyetnamlı məzunları iştirak ediblər.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov konfransın Azərbaycan ilə Vyetnam arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə təsadüf etdiyini və bu baxımdan xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Diplomat iki ölkə arasında diplomatik əlaqələrin 1992-ci ildə qurulmasına baxmayaraq, xalqlarımız arasında dostluq münasibətlərinin tarixinin daha böyük olduğunu, 1959-cu ildə Azərbaycana səfər etmiş Vyetnamın keçmiş Prezidenti Ho Şi Minin və 1983-cü ildə Vyetnama səfər etmiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin münasibətlərimizin banisi olduğunu deyib.

A.İmanov xalqlar arasında dostluq münasibətlərinin ortaq dəyərlər, mədəni oxşarlıqlar, qarşılıqlı anlayış, hörmət və etimad əsasında qurulduğunu qeyd edərək, bu xüsusda Azərbaycan və Vyetnam xalqları arasında sıx bağların mövcudluğunu vurğulayıb.

Səfir Azərbaycan xalqının uzunmüddətli müharibə zamanı və yenidənqurma dövründə dost Vyetnam xalqına daim dəstək olduğunu, azərbaycanlı mütəxəssislərin bu ölkənin inkişafına töhfə verdiklərini yada salıb, konfrans iştirakçıları arasında Azərbaycanda təhsil almış vyetnamlıların xalqlarımız arasında dostluq münasibətlərinin qurulmasına əyani şahidlik etdiklərini bildirib.

A.İmanov hazırda Azərbaycan və Vyetnamın yerləşdikləri regionlarda aparıcı dövlətlərə çevrildiklərini qeyd edərək, hər iki ölkənin sahib olduğu zəngin mədəni irsi beynəlxalq səviyyədə uğurla təbliğ etdiyini deyib.

Diplomat Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti barədə məlumat verib, ölkəmizdə humanitar və mədəniyyət sahəsində yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsinin Azərbaycanın beynəlxalq aləmdə sülhə, sabitliyə, mədəni inkişafa, xalqlar arasında dialoqa, multikultural dəyərlərə böyük əhəmiyyət verməsinin göstəricisi olduğunu deyib.

Səfir Prezident İlham Əliyevin apardığı bu uğurlu siyasətin nəticəsi olaraq, Azərbaycanın multikulturalizm və tolerantlıq modelinin dünyada örnəyə çevrildiyini diqqətə çatdırıb.

Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin direktoru Dao Suan Tien konfransın Azərbaycan mədəniyyəti haqqında Vyetnam rəsmilərinin, eləcə də ictimaiyyət nümayəndələrinin daha ətraflı məlumat alması baxımından böyük önəm kəsb etdiyini söyləyib. O, Azərbaycan və Vyetnam mədəniyyətləri arasında bir çox oxşarlıqların olduğunu qeyd edərək, hər iki xalqın ailə dəyərlərinə, milli adət-ənənələrə hörmətindən, onları qoruyub saxlamasından bəhs edib. Dao Suan Tien, hər iki xalqın sülhsevər xüsusiyyətə malik olduğunu vurğulayaraq, Azərbaycanda olduğu kimi Vyetnamda da milli azlıqların və etnik qrupların sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadıqlarını diqqətə çatdırıb.

Vyetnam Milli Musiqi Akademiyasının rektoru Le Anh Tuan Azərbaycan və Vyetnam musiqisi arasında oxşarlıqlar barədə danışaraq, Bakıda təhsil aldığı zaman ölkəmizin zəngin musiqi mədəniyyəti, milli musiqi alətlərimizlə yaxından maraqlandığını bildirib. O, musiqinin özünəməxsus ünsiyyət vasitəsi olduğunu nəzərə alaraq, xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi üçün bu sahədə əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb.

Beynəlxalq Frankapon İnstitutunun direktoru Nqo Tu Lap Azərbaycan və Vyetnamın müstəqillik, milli dövlətçilik naminə tarixən xarici işğalçılara qarşı mübarizə apardığını, vətənpərvərlik və mübarizliyin xalqlarımızın xarakterik xüsusiyyəti olduğunu deyib.

Hanoy Kino və Teatr Akademiyasının direktor müavini Nquyen Thi Thu Ha Azərbaycan və Vyetnamın milli geyimlərində qədim xalq yaradıcılığının bədii xüsusiyyətlərinin öz əksini tapdığını bildirib., libasların üzərində olan zərif naxışlarda, nişanələrdə, tikiliş üslubunda oxşarlıqlardan danışıb.

Tədbirdə Vyetnam Rəqs Assosiasiyasının sədr müavini Unq Duy Thinh milli rəqslər arasında paralellər aparıb. O, xüsusilə Vyetnamın şimalında məskunlaşan Tay etnik qrupunun rəqsi ilə Azərbaycanın “Yallı” rəqsi arasında oxşarlığın olduğunu qeyd edib.

Hanoy Kino və Teatr Akademiyasının professoru Le Thi Biç Hon Azərbaycan və Vyetnam qadınlarının ailə və cəmiyyətdəki rolundan bəhs edərkən, onların nümunəvi həyat yoldaşı, valideyn olmaqla yanaşı, ictimai-siyasi proseslərdə də həmişə fəal olduqlarını vurğulayıb. Onların arasından görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlərin yetişdiyini diqqətə çatdırıb. O, bu xüsusda Vyetnam parlamentinin sədri xanım Nquyen Thi Kim Nqanın və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hər iki ölkənin ictimai-siyasi həyatındakı fəal rolundan bəhs edib.

Vyetnam Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Nquyen Hoan Anh Azərbaycan musiqisinin rəngarəngliyi ilə seçildiyini qeyd edərək, aşıq və muğam musiqisi ilə yanaşı, opera, caz və estrada musiqisinin inkişaf etdiyini bildirib, Şərqdə ilk operanın məhz Azərbaycanda yazıldığını diqqətə çatdırıb.

Konfrans Vyetnam Milli Musiqi Akademiyasının instrumental ansamblının ifasında Azərbaycan və Vyetnam musiqilərindən ibarət konsert proqramı ilə davam edib.

Konfrans zamanı mayın 5-6-da Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimatı olub. Bundan başqa, Azərbaycan xalçaçılıq sənəti haqqında video nümayiş etdirilib.

Hanoyda “Azərbaycan-Vyetnam mədəniyyətlərinin paralelləri” mövzusunda konfrans keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir