SİYASƏT
Hardo Aasmyae: Bakı Humanitar Forumunda Azərbaycan Prezidentinin nitqi güclü təsir bağışladı
![Hardo Aasmyae: Bakı Humanitar Forumunda Azərbaycan Prezidentinin nitqi güclü təsir bağışladı](/files/2014/3/1200x630/1412857456176857854_1200x630.jpg)
Estoniya siyasətçisi deyib: “Mən medianın rəqəmsal dövrə transformasiyası: yeni inkişaf meylləri” mövzusunda sessiyanın işində iştirak etdim. Burada müasir mediaməkanın prioblemləri, KİV-lərin rəqəmsal dövrdə rolu müzakirə edilirdi. Məni ilk növbədə cəmiyyətin informasiyalaşdırılması ilə əlaqədar dünyada baş verən dönüş prosesləri maraqlandırırdı. İnformasiyanın hansı şəkildə verilməsi və bu zaman hansı problemlərin yaranması, informasiyanın maarifləndirmədən tutmuş informasiya texnologiyalarına qədər cəmiyyətin həyatının müxtəlif sahələrinə necə təsir göstərməsi barədə danışılanları dinləmək maraqlı idi”.
H.Aasmyae deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin nitqi güclü təsir bağışladı. O, belə tədbirlərin keçirilməsində Azərbaycanın maraqlarının nədən ibarət olduğunu aydın izah etdi. Cəmiyyətdə multikulturalizm problemlərinə toxunan Prezident Azərbaycanın ərazi bütövlüyünün pozulması faktlarını qabartdı.
Azərbaycan paytaxtı ilə bağlı təəssüratlarını bölüşən H.Aasmyae vurğulayıb ki, ilk dəfə Bakıya 43 il əvvəl bərə ilə gəlib. Estoniya siyasətçisi deyib: “Heç şübhəsiz, şəhər şox dəyişib. Səliqə-sahmanlı sahil bağında gəzişmək çox xoş idi. Retro üslubunda küçə fənərlərinin işığı şəhərə çökən qaranlığın fonunda sanki rəqs edirdi”.
Nigar Cəfərli
AZƏRTAC -ın xüsusi müxbiri
Tallinn