Harri Keyn Çempionlar Liqasında qol sayına görə Droqbanı geridə qoyub
Bakı, 23 oktyabr, AZƏRTAC
Almaniyanın “Bavariya” klubunun futbolçusu Harri Keyn UEFA Çempionlar Liqasında 45-ci qolunu vurub.
AZƏRTAC xəbər verir ki, ingiltərəli hücumçu Liqa mərhələsinin III turunda Münxendə Belçikanın “Brügge” komandasını 4:0 hesabı ilə darmadağın etdikləri matçda fərqlənib. 32 yaşlı forvard 14-cü dəqiqədə rəqib qapısına yol tapıb.
Harri Keyn bu göstərici ilə İngiltərənin “Çelsi” klubunun sabiq futbolçusu Didye Droqbanı geridə qoyaraq 17-ci pilləyə yüksəlib. Kot-d'İvuar yığmasının keçmiş üzvü peşəkar karyerası ərzində Çempionlar Liqasında 44 qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:19]
AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb
- 08.06.2026 [11:45]
Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb
- 08.06.2026 [11:39]
Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb
- 08.06.2026 [10:56]
Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb
- 08.06.2026 [10:29]
Bakıda beynəlxalq tennis turnirinə yekun vurulub
- 08.06.2026 [10:27]
Şəhriyar Məmmədyarov Özbəkistandakı turnirə qələbə ilə başlayıb
- 08.06.2026 [10:22]
Azərbaycan pauerliftinqçiləri Avropa çempionatında iki rekordu yeniləyiblər
- 08.06.2026 [06:08]