HƏFTƏNİN SONUNADƏK HAVA ŞƏRAİTİ METEOHƏSSAS İNSANLAR ÜÇÜN ƏLVERİŞLİ OLACAQDIR
Bakı, 15 aprel (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 16-da ölkə ərazisində havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bakıda havanın temperaturu gündüz müsbət 16-18, gecə 8-10, Naxçıvanda gündüz 18-20, gecə 4-6, aran bölgəsində gündüz müsbət 17-19, gecə 8-10, dağlıq zonada gündüz müsbət 10-12, gecə 0-2 dərəcə təşkil edəcəkdir.
Həftənin sonunadək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim dəyişiklikləri əksər meteohəssas insanlar üçün əlverişli olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]