Həftəsonu bəzi bölgələrdə hava arabir yağıntılı olacaq
Bakı, 27 yanvar, AZƏRTAC
Ölkə ərazisində yanvarın 28-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə yarımadanın bəzi yerlərində az yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 1° şaxtadan 1°-dək isti, gündüz 1-4° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 2-4° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək - 778 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 3-8° şaxta, dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə arabir qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti, dağlarda gecə 6-11° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı, axşam əsasən yağmursuz keçəcəyi ehtimalı var. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.