“Hekayəti-xırs quldurbasan” əsəri səhnədə
Naxçıvan, 26 may (AZƏRTAC). Azərbaycan Respublikası Prezidentinin Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illik yubileyinin geniş şəkildə qeyd edilməsi ilə bağlı sərəncamına uyğun olaraq mayın 25-də C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında M.F.Axundovun “Hekayəti-xırs quldurbasan” tamaşası nümayiş etdirilmişdir.
“Hekayəti-xırs quldurbasan” əsərində kənd həyatından bəhs olunur. M.F.Axundov bu dramında qadın hüquqsuzluğuna qarşı çıxaraq ictimai bərabərsizlik, azad, qarşılıqlı məhəbbət ideyalarını müdafiə edir.
Tamaşada Azərbaycan Respublikasının xalq artisti Həsən Ağasoy (Nəcəf), Azərbaycan Respublikasının əməkdar artistləri Əli Əliyev (Divanbəyi), Xəlil Hüseynov (Namaz), Yusif Allahverdiyev (Məşədi Qurban) və başqaları öz aktyorluq məharətləri ilə maraqlı bir tamaşanın səhnə həllinə nail olmuşlar. Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının xalq artisti Rövşən Hüseynov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı isə Rəfalət Kərimovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [17:44]
“Azərbaycan muğamı” layihəsi çərçivəsində növbəti konsert
- 13.05.2026 [17:06]
Xalq yazıçısı Elçinin məzarı ziyarət olunub
- 13.05.2026 [16:42]
Qırğızıstanın “Nariste” qrupu Bakı festivalında Qran-Pri qazanıb
- 13.05.2026 [16:36]
WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub
- 13.05.2026 [16:23]
Rəşad Əzizov: Bu il üç filmin yenidən rənglənməsi nəzərdə tutulur
- 13.05.2026 [16:17]
Azərbaycan ICESCO Baş Konfransının 15-ci sessiyasında təmsil olunur
- 13.05.2026 [15:49]