HƏKİMLƏR JANNA D’ARKIN QALIQLARINI MÜAYİNƏ EDƏCƏKLƏR
Fransanın milli qəhrəmanı və 1920-ci ildən müqəddəs elan edilən Janna d’Ark cadugərlik və dinsizlikdə təqsirli bilinərək tonqalda diri-diri yandırılmış, çaya səpələnmişdir. Əfsanədə deyilir ki, Jannanın ürəyi alovun içində möcüzəli şəkildə salamat qalmış, lakin onu da suya atmışlar. Orlean qızının naməlum sədaqətli tərəfdarı edam yerindən onun bədəninin və paltarlarının hissələrini bir yerə toplamışdır. Bu qalıqlar hazırda Şinyon qəsrində saxlanılır.
Qarş xəstəxanasının genetiki Filipp Şarlye bildirmişdir ki, sümük qalıqlarının (onun qabırğa olduğu güman edilir) DNT analizi yarım il vaxt aparacaqdır. O demişdir: “Biz, bunun Janna olduğunu, deyə bilmərik, həmin hissələrin 1431-ci ildə yandırılan 19 yaşlı qadına aid olub-olmadığını müəyyənləşdirmək isə mümkündür”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:29]
Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb
- 09.10.2026 [14:36]