Azərbaycan Dövlət İnformasiya Agentliyi

Helsinkidə Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

Helsinki, 25 fevral, AZƏRTAC

Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar Azərbaycanın İsveçdəki səfirliyinin və Finlandiya-Azərbaycan Dostluq Qrupunun birgə təşkilatçılığı ilə Helsinkidə anım mərasimi keçirilib.

Mərasimdə Finlandiyada akkreditə olunmuş bir sıra səfirlər, ölkə parlamentinin nümayəndələri, siyasi araşdırmalar mərkəzlərinin əməkdaşları, yerli ictimaiyyətin, habelə Azərbaycan və türk diaspor təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Finlandiyadakı səfiri Adış Məmmədov mərasim iştirakçılarına xalqımızın tarixinin qanlı səhifələrindən biri olan Xocalı faciəsi ilə bağlı məlumat verib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin əhalisi tamamilə azərbaycanlılardan ibarət olan Xocalı şəhərini bir gecə içərisində darmadağın etdiklərini qeyd edən səfir ermənilərin şəhərin dinc əhalisini etnik azərbaycanlı olduqları üçün qırğına məruz qoyduqlarını və qətl edilmiş insanlara qarşı ermənilər tərəfindən inanılmaz vəhşiliklərin törədildiyini diqqətə çatdırıb.

Hərbi münaqişələr zamanı dinc insanların toxunulmazlığı ilə bağlı beynəlxalq hüquq normalarının mövcud olduğunu bildirən A.Məmmədov Ermənistan ordusunun müstəqil Azərbaycan ərazisinə hərbi təcavüz etməklə bir tərəfdən beynəlxalq hüququ kobud şəkildə pozduğunu, digər tərəfdən isə dinc insanları amansızlıqla qətlə yetirməklə daha ağır cinayətlərə imza atdıqlarını, lakin çox təəssüf ki, belə dəhşətli cinayət törətmək əmri verən və bu cinayətlərin birbaşa iştirakçıları olan insanların bu gün Ermənistan hökumətinin yüksək eşelonunda təmsil olunduqlarını qeyd edib.

Sonra səfir tarixə nəzər salaraq hələ keçən əsrin əvvəllərində “Böyük Ermənistan” yaratmaq arzusu ilə yaşayan ermənilərin Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etdiyini və nəticə olaraq, Azərbaycanın Ermənistanın hərbi təcavüzü ilə üz-üzə qaldığını bildirib. 1992-ci ildən başlayaraq Azərbaycan ərazisinin 20 faizinin Ermənistan hərbi birləşmələri tərəfindən zəbt olunduğunu qeyd edən səfir işğal edilmiş ərazilərdən 1 milyondan artıq azərbaycanlının öz doğma yurd-yuvalarından qovularaq qaçqın və köçkün vəziyyətinə salındığını bildirib. O, həmçinin zəbt olunmuş ərazilərdə azərbaycanlılara məxsus bütün maddi və mənəvi abidələrin erməni işğalçıları tərəfindən darmadağın edildiyini diqqətə çatdırıb.

1993-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamənin qəbul edildiyini və bu qətnamələrin hər birində Ermənistan hərbi birləşmələrinin işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməsi və Ermənistanın təcavüzkar siyasətinə son qoymasının birmənalı şəkildə tələb olunduğunu bildirən Adış Məmmədov həmin qətnamələrin bu günə qədər həyata keçirilmədiyini, Ermənistan hərbi birləşmələrinin müstəqil bir dövlətin - Azərbaycanın ərazilərinin işğalını davam etdirdiyini vurğulayıb.

Səfir XX əsrin əvvəllərində dünyada beynəlxalq hüququn hələ təsbit edilmədiyi, dünya nizamını təmin edən beynəlxalq və regional təşkilatların yaranmadığı, üstəlik I Dünya müharibəsinin davam etdiyi bir dövrdə Osmanlı imperiyası ərazisində baş verən ölüm hallarını “erməni soyqırımı” kimi tanımaq istəyən və müdafiə edən Avropa cəmiyyətlərinin XX əsrin sonunda dünyanın gözü qarşısında ermənilərin törətdiyi vəhşiliklərə, xüsusilə Xocalı qətliamına göz yumduqlarını təəssüflə qeyd edib.

Çıxışının sonunda Adış Məmmədov Azərbaycan xalqı və Azərbaycan hökuməti tərəfindən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, törədilən hərbi cinayətin açılması və cinayətkarların öz cəzalarına çatması istiqamətində bu vaxta qədər çox böyük işlər görüldüyünü bildirib. O, artıq dünyanın bir sıra ölkələrinin parlamentləri tərəfindən Xocalı hadisələrinin azərbaycanlılara qarşı törədilmiş soyqırımı kimi qiymətləndirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Cənubi Qafqaz üzrə finlandiyalı ekspert, konfliktoloq Mikko Palonkorpi tədbirdə çıxış edərək bütövlükdə regionun, xüsusilə də Azərbaycanın Avropa üçün böyük əhəmiyyət kəsb etdiyini, lakin yerləşdiyi coğrafi məkanda çoxlu münaqişələrin baş verdiyini və böyük maraqların toqquşduğunu qeyd edib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı qətliamının törədilməsi faktının, xüsusilə də baş verən hadisələrə ədalətli yanaşmanın bərqərar olmamasının regional və beynəlxalq əməkdaşlıq cəhdlərinə fundamental təhlükə yaratdığını və bunun da öz növbəsində bütün regiona mənfi təsir göstərdiyini qeyd edib.

Sonda finlandiyalı ekspert beynəlxalq terrorizm məsələlərindən danışaraq, Xocalı soyqırımını törədənlərin İŞİD və “Əl-Qaidə”dən heç də fərqlənmədiklərini bildirib.

Sonra Xocalı qətliamı ilə bağlı Heydər Əliyev Fondu tərəfindən hazırlanmış sənədli filmi nümayiş etdirilib.

Tədbirin sonunda ingilis araşdırmaçı İan Peartın müəllifi olduğu və Avropa Azərbaycan Cəmiyyəti tərəfindən çap olunan “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” adlı kitab və faciə ilə bağlı səfirlik tərəfindən hazırlanmış broşürlər və videodisklər tədbir iştirakçılarına təqdim olunub.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Helsinki

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib