HƏMVƏTƏNLƏRİMİZ BELARUSDA KEÇİRİLƏN MİLLİ AZLIQLARIN MƏDƏNİYYƏT FESTİVALINDA ÖLKƏMİZİ LAYİQİNCƏ TƏMSİL ETMİŞLƏR
Minsk, 9 dekabr (AZƏRTAC). Belarusun Molodeçnoye (Minsk vilayəti) şəhərində çoxsaylı etnik azlıqların, o cümlədən Azərbaycan diasporu nümayəndələrinin iştirakı ilə mədəniyyət festivalı keçirilmişdir.
Etnik mədəniyyətlərə baxış çərçivəsində milli mətbəxlərin də təqdimatı olmuşdur. Jlobin və Borisov şəhərlərindəki həmvətənlərimizin bişirdikləri milli yeməklərimizin - plov, dolma və ləvənginin, habelə şirniyyatlarımızın - paxlava və şəkərburanın ləzzəti damaqlarda qalmışdır.
Festivalda Borisov şəhərindən Rövşən Naibov və Jodino şəhərindən “Yaşa Azərbaycan” mahnısını ifa etmiş Səfərovlar ailəsinin üzvləri uğurla çıxış etmişlər.
Tədbirin fəxri qonaqları olan Azərbaycanın Belarusdakı səfirliyinin ikinci katibi Zülfüqar Tanarverdiyev və diplomatik nümayəndəliyimizin mətbuat katibi Esmira İsmayılova festivalda qazandıqları nailiyyətlərə görə həmvətənlərimizi təbrik etmiş, onlara xatirə hədiyyələri bağışlamışlar.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]