Həndbol üzrə “Məhsul” və “Bakı”dan pley-off mərhələsində ikinci qələbə
Bakı, 8 aprel, AZƏRTAC
Kişi həndbolçular arasında ölkə çempionatında pley-off mərhələsinin ikinci oyunları keçirilib.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildirilib ki, günün mərkəzi matçında “Bakı” komandası ilə “Təhsil” kollektivi üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüş paytaxtın eyniadlı təmsilçisinin 34:33 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər oyununda “Məhsul” həndbolçuları Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) yetirmələrini çətinlik çəkmədən məğlub ediblər - 33:24.
Xatırladaq ki, ilk mərhələnin oyunlarında “Bakı” klubu “Təhsil” kollektivində 37:34, “Məhsul” həndbolçuları isə RİOEUGİM-in komandasından 36:30 hesabı ilə üstün olub.
Pley-off mərhələsinin üçüncü görüşləri aprelin 15-də keçiriləcək.
Pley-off mərhələsinin son oyunlarında “Məhsul” RİOEUGİM-i, “Bakı” isə “Təhsil”i nominal ev sahibi kimi qəbul edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [21:49]
Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal
- 07.06.2026 [21:29]
Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib
- 07.06.2026 [21:23]
SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub
- 07.06.2026 [21:16]
FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər
- 07.06.2026 [20:58]
Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar
- 07.06.2026 [19:30]
Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub
- 07.06.2026 [19:28]
Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]