“Hər birimiz bir gül əkək” adlı ağacəkmə aksiyası keçirilib
Bakı, 14 mart, AZƏRTAC
İyunda paytaxtımız “Bakı-2015” Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu mötəbər idman yarışına hazırlıqla əlaqədar Bakıda irimiqyaslı abadlıq və quruculuq işləri aparılır.
AZƏRTAC xəbər verir ki, martın 14-də Zorge parkında Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı tərəfindən “Hər birimiz bir gül əkək” adlı ağacəkmə kampaniyası keçirilib.
Kampaniyanın məqsədi birinci Avropa Oyunlarının hazırlıq prosesinə töhfə verməkdir. Aksiya zamanı 100-dən çox ağac əkilib.