HƏRBÇİ BOKSÇULARIN ÖLKƏ ÇEMPİONATINAYEKUN VURULMUŞDUR
AZƏRTAC xəbər verir ki, Mərkəzi Ordu İdman Klubunda boks üzrə hərbçilərin ölkə çempionatı başa çatmışdır. Yarışda 16 komandadan 126 idmançı mübarizə aparmışdır. 11 çəki dərəcəsi üzrə müəyyənləşən ən güclü boksçular fevralda təşkil olunacaq ölkə birinciliyi və Ukraynada Kliçko qardaşlarının şərəfinə həsr olunmuş beynəlxalq turnirdə iştirak etmək hüququ qazanmışlar.