HƏRBÇİLƏRİMİZ BEYNƏLXALQ TƏCRÜBƏ TOPLAMIŞLAR
Müdafiə Nazirliyinin İdarə rəisi, general-mayor Eyvaz Cəfərov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Azərbaycanın NATO çərçivəsində yüksək səviyyəli beynəlxalq təlimlər və konfranslar keçirməsi üçün böyük təcrübəsi vardır. Ötən illər ərzində respublikamızın ərazisində proqrama daxil olan bir çox mühüm tədbirlər keçirilmişdir. Bunlardan “Kooperativ Termineyşn-01” sülhməramlı çoxmillətli komanda qərargah təlimini qeyd etmək olar. Bu təlimdə Azərbaycan Silahlı Qüvvələrinin 36 zabiti ilə bərabər, 20 ölkənin 379 hərbçisi iştirak etmişdir. Silahlı Qüvvələrimizin nümayəndələri “Sülh Naminə Tərəfdaşlıq” Proqramı çərçivəsində müxtəlif dövlətlərdə keçirilən ondan çox tədbirlərdə də təmsil olunmuş, beynəlxalq təcrübə toplamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:35]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]