İDMAN
HƏRBÇİLƏRİN DÜNYA ÇEMPİONATININ MÜKAFATÇILARI İLƏ GÖRÜŞ
Komitənin sədri, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov idmançıları qazandıqları növbəti uğur münasibətilə təbrik etmiş, komandamızın 25 kollektiv arasında 5-ci yer tutmasını yüksək qiymətləndirmişdir. O, sentyabrda Bakıda dünyada bənzəri olmayan Taekvondo İdman Kompleksinin istifadəyə veriləcəyini bildirərək, bunu Prezident Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunmuş iqtisadi inkişafın nəticəsi, Baş nazir, MOK-un prezidenti İlham Əliyevin Azərbaycanda idmanın yüksəlişinə qayğısının daha bir təzahürü kimi səciyyələndirmişdir. Federasiyanın rəhbəri əmin olduğunu bildirmişdir ki, bütün idmançılarımız kimi, taekvondoçular da qarşıdakı seçkilərdə dövlətimizin başçısının siyasi xəttinin davam etdirilməsinə səs verəcəklər.
Federasiyanın birinci vitse-prezidenti Füzuli Musayev taekvondoçuların sentyabrda Almaniyada keçiriləcək dünya çempionatına, habelə dekabrda Fransada, gələn ilin fevralında isə Bakıda olacaq olimpiya lisenziya turnirlərinə ciddi hazırlaşdıqlarını bildirmişdir.