Hərbi Dəniz Qüvvələrində intellektual bilik yarışı keçirilib
Bakı, 4 iyun, AZƏRTAC
Cari ilin fəaliyyət planına uyğun olaraq, Hərbi Dəniz Qüvvələrinin N hərbi hissəsində şəxsi heyətin intellektual bacarıqlarının artırılması məqsədilə “Müasir Azərbaycan cəmiyyətində din və elmin vəhdəti” mövzusunda bilik yarışı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə münsiflər heyəti tərəfindən komandalara yarışın əsas şərtləri barədə ətraflı məlumat verilib. Səkkiz komandanın qatıldığı yarışda mövzunu tam əhatə edən sualların zənginliyi birinci yer uğrunda mübarizəni daha da maraqlı edib.
Finalda komandalar on sualı cavablandırıblar. Münsiflər heyətinin qərarına əsasən, “Flaqman”, “Dalğa” və “Dəniz” komandaları müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.
Sonda qaliblərə mükafatlar təqdim olunub.