CƏMİYYƏT
Hərbi Dəniz Qüvvələrinin dəniz piyada bölmələrinin şəxsi heyəti ilə dağçılıq təlimi keçirilir VİDEO
Bakı, 29 avqust, AZƏRTAC
2024-cü ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz piyada bölmələrinin şəxsi heyəti ilə dağçılıq təlimi keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimin ssenarisinə uyğun olaraq, çətin relyefli şəraitdə qrupların hərəkəti sərt qayalıqlardan eniş, çayların və göllərin keçilməsi, həmçinin əlverişsiz relyefdə yaralıların təxliyəsi üzrə epizodlar icra edilir.
Qeyd edək ki, təlimin keçirilməsində məqsəd şəxsi heyətin döyüş hazırlığını müasir tələblərə uyğunlaşdırmaq, dövrün tələblərinə uyğun döyüşaparma və özünümüdafiə bacarıqlarının nəzəri və praktiki əsaslarını mənimsəməkdir.