HƏRBİ ƏMƏKDAŞLIQ PLANINA UYĞUN
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, noyabrın 24-dən 25-dək Varşavada hərbi-texniki əməkdaşlıq üzrə məsləhətləşmələr aparılır.
Azərbaycan ilə Polşa arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq tədbirdə Silahlı Qüvvələrimizin nümayəndələri də iştirak edirlər.