Hərbi Məktəbin orkestr heyəti Türkiyədən qayıdıb




Bakı, 8 noyabr, AZƏRTAC
Zəfər Gününün ildönümü münasibətilə Türkiyədə keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün səfərdə olan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi Orkestri Bakıya qayıdıb.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfər zamanı Hərbi orkestrin heyəti Ankara şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Anıt qəbrini ziyarət ediblər.
Polkovnik-leytenant Fariz Məmmədzadənin rəhbərliyi ilə Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi Orkestrinin Ümummilli Liderimizin adını daşıyan parkda, eləcə də bir çox məkanlarda konsert proqramları ilə çıxışları alqışlarla qarşılanıb.