“Hərbi-tibbi estafet” müsabiqəsinin açılış mərasimi keçirilib
Bakı, 5 avqust, AZƏRTAC
Azərbaycan Ordusunun hərbi həkimlərinin də iştirak etdikləri “Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Özbəkistanda keçirilən “Hərbi-tibbi estafet” müsabiqəsinin təntənəli açılış mərasimi olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rəsmi hissədən sonra Özbəkistan Respublikasının mədəniyyət xadimlərinin iştirakı ilə hərbi həkimlər və digər qonaqlar üçün maraqlı konsert proqramı təqdim edilib.