Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bakı, 18 oktyabr, AZƏRTAC
Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçən hərbi vəzifəlilər hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.
Toplanış müddətində hərbi vəzifəlilərə Azərbaycan Ordusunun arsenalında olan müasir silah və hərbi texnikaların taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları, həmçinin sıra hazırlığının elementləri öyrədiləcək.
Təlim toplanışının əsas məqsədi ehtiyatdan çağırılan hərbi vəzifəlilərin döyüş hazırlığının, bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [13:01]
Heydər Əliyev adına Hərbi İnstitutda andiçmə mərasimi olub VİDEO
- 13.09.2026 [13:17]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 09.09.2026 [19:04]
Azərbaycan-Özbəkistan qərargah danışıqları olub
- 07.09.2026 [13:24]
Azərbaycan Ordusunda yeni tədris ili başlayıb
- 06.09.2026 [18:14]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 05.09.2026 [14:59]
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb
Bəzi yerlərdə duman olacaq
- [12:25]
Bu saata olan əsas xəbərlər
- [12:00]
DTX-nin rəisi Çinə səfər edib
- [11:00]