Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Hərbiyyə-2019” layihəsi uğurla davam etdirilir

Bakı, 28 avqust, AZƏRTAC 

Müdafiə Nazirliyi, “ASAN xidmət”, Gədəbəy Rayon İcra Hakimiyyəti, “ASAN Könüllüləri” təşkilatı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavad xan” Tarix və Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Hərbiyyə-2019” layihəsi uğurla davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsinə toplaşan respublikanın 10 bölgəsini təmsil edən yüzdən çox gənc avqustun 27-də Gədəbəy rayonunun müdafiəsində dayanan hərbi hissənin qonağı olub, şəxsi heyətlə görüşüb, əsl əsgər həyatı yaşayıblar.

Gənc vətənpərvərlərə bələdçilik edən Müdafiə Nazirliyinin məsul əməkdaşı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani bölgənin təbii-coğrafi şəraiti, bu bölgə uğrunda gedən uğurlu döyüşlərin xronikası, qəhrəmanları və şəhidlik zirvəsinə ucalan ölməz igidləri haqqında ətraflı məlumat verib.

A.Qurbani bildirib ki, Gədəbəy rayonu respublikamızın mühüm strateji əhəmiyyətli bölgələrindəndir. Azərbaycan-Ermənistan dövlət sərhədində yerləşən bu bölgə uğrunda nankor qonşularımız zaman-zaman təxribatlara əl atıb, torpaq iddiaları ilə mənfur niyyətlərini həyata keçirmək üçün daim o vaxtkı sovet rəhbərliyinin dəstəyini almaq üçün hiyləgər siyasət yürüdüblər. Vaxtilə ulu öndər Heydər Əliyev daşnak tör-töküntülərinin arzularını ürəklərində qoyub. Üzdəniraq erməni yazıçısı, daşnak Zori Balayanın “qartal yuvası” adlandırdığı quldur yuvası Başkənd, eləcə də Şınıx mahalının bir çox yaşayış məntəqələri məhz igid oğullarımızın qəhrəmanlığı sayəsində düşməndən təmizlənib.

Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin sayəsində digər sərhədyanı bölgələrdə olduğu kimi, Gədəbəyin də müdafiəsi yüksək səviyyədə təşkil olunub, ən müasir müdafiə mövqeləri yaradılıb. Azərbaycan Ordusunun buradakı bölmələri gecəli-gündüzlü Gədəbəyin keşiyini çəkir, düşmən təxribatlarının qarşısını alaraq Vətən qarşısında əsgəri borclarını şərəflə yerinə yetirirlər.

“Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsinin sakinləri düşmənlə təmas xəttində əsgəri xidmət üçün yaradılan ən müasir şəraitlə, maddi-texniki baza ilə, eləcə də digər infrastrukturlarla tanış olub və belə bir Orduya malik respublikanın vətəndaşı olduqlarından qürur duyduqlarını qeyd ediblər.

Sonra əsgər həyatının gərgin, çətin anları əyani surətdə təqdim edilib. Kəşfiyyat qrupunun çay keçidi, sıldırım qayalardan kəndir vasitəsilə hərəkət, ekstremal vəziyyətlərdən çıxış, şəxsi heyətlə dolu düşmənin iki avtomobilinin pusqu ilə ələ keçirilməsi, düşmən qərargahına basqın, eləcə də kəşfiyyat bölmələrinin müxtəlif maneələrlə hərəkətləri gənclərdə böyük maraq oyadıb. Onlar Azərbaycan əsgərinin yüksək iradi və fiziki keyfiyyətlərinə heyranlıqlarını ifadə edib, kəşfiyyatçılara, xüsusi təyinatlılara qoşularaq özləri də bu əməliyyatlarda iştirak edib, güclərini sınayıblar.

Könüllülərin qorxmazlığı, mübarizliyi və bütün çətinliklərdən uğurla çıxmaları Vətən əsgərlərini sevindirib.

Silah-sursat və digər hərbi avadanlıqların nümayiş etdirildiyi sərgidə isə respublikamızda istehsal olunan silah-sursat, bir çox hərbi təyinatlı avadanlıqlar xüsusilə böyük maraq oyadıb. Peşəkar zabitlər, eləcə də hazırda “ASAN xidmət”də çalışan ehtiyatda olan qazi zabitlərimiz Elvin Hüseynov, Əliağa Zeynalov, Elşad Haşımov, Nəbi Şükürov və Natiq Mehdiyev könüllülər üçün hərbi hazırlıq məşğələləri keçirib, təhlükəsizlik qaydaları izah edilib, suallar cavablandırılıb, atışın praktiki icrası təmin olunub. Silahların sökülüb-yığılması, normativlərin qəbulu üzrə komandalararası yarışlar keçirilib.

“Ağdam” komandası bütün normativlər üzrə yüksək nəticələr qazanıb. Milli Aviasiya Akademiyasının tələbəsi Rəşad Məhərrəmov, Türkiyənin Yalova Universitetinin tələbəsi Fidan Məmmədova, Bakı Dövlət Universitetinin tələbəsi Günel Ağayeva və başqaları yarışlarda xüsusilə fərqləniblər.

Yarış qaliblərindən bir qrupu Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun adı və qəhrəmanlığı ilə şöhrət qazanmış, bu gün də igid oğullarımızın məskən salaraq keşiyində durduğu “İsgəndər qalası”na qalxmaq, şəxsi heyətlə görüşmək və döyüş növbəsində dayanmaq şərəfinə nail olublar.

Azərbaycan Milli Konservatoriyasının tələbəsi Rəşad Əliyev ifa etdiyi xalq və estrada mahnıları ilə əsgərlərdə xoş ovqat yaradıb.

Polkovnik-leytenant Eldəniz Nəsirov qaliblərə Azərbaycan Dövlət İqtisad Universitetinin nəşri olan “Səninlə fəxr edirik Azərbaycan əsgəri” adlı kitabları hədiyyə edib.

Gənc vətənpərvərlər “Əsgər payı” sərgisi ilə tanış olub, yamacda qurulan çadırlarda əsgərlərin açdıqları nahar süfrəsinə dəvət ediliblər.

Nahardan sonra 1992-ci ilin avqustunda ağır döyüşlər gedən Mutudərə kəndinin yaxınlığındakı zirvədə “Şəhidlər ölməz, Vətən bölünməz!” devizi ilə anım tədbiri keçirilib. Gənc vətənpərvərlər Mutudərə kəndinə çəkilən yeni yolun ilk yolçusu olaraq zirvəyə doğru irəliləyiblər.

Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun şəhid olduğu zirvədə əsgərlərin ucaltdığı abidə ziyarət olunub, qarşısına gül-çiçək dəstələri düzülüb.

Polkovnik A.Qurbani Milli Qəhrəmanın qısa, lakin şərəfli ömür yolundan, əfsanəvi qəhrəmanlıqlarından danışıb. Onun son gülləsinədək vuruşduğunu, düşmənə xeyli itki verdiyini, son nəfəsində isə “Vətənə canım fəda!” deyərək quldurlara əsir düşməmək üçün qumbaranı sinəsinə sıxaraq özünü və bir neçə düşməni məhv etdiyini bildirib.

Hərbi qulluqçular və gənc vətənpərvərlər çıxış edərək “Qəhrəmanlıq qəhrəmanla ölmür. Onun ömrü uzun olur. Biz də Məzahir kimi igid oğulların qəhrəmanlıqlarını təkrar etmək üçün Ali Baş Komandanın əmrini gözləyirik və Qarabağ uğrunda mübarizəyə hər an hazırıq!”, - deyiblər.

Şəhid zabit Məzahir Rüstəmovun atası professor İzzət Rüstəmov və anası Rəfiqə xanım göstərilən diqqət və qayğıya, ehtirama görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Müdafiə Nazirliyinin rəhbərliyinə və “Hərbiyyə-2019” layihəsinin təşkilatçılarına minnətdarlıq ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan Resursları və Təlim Şöbəsinin müdir müavini Cahangir Hacıyev və “ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabbarova builki layihənin yüksək səviyyədə təşkilinə göstərdiyi köməyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Gəncə Qarnizonu İdeoloji İş və Mənəvi-Psixoloji Təminat Mərkəzinin təşviqat qrupunun səsləndirdiyi “Zəfər marşı”nın sədaları altında “Hərbiyyə-2019” layihəsinin bir günü də unudulmaz xatirələrlə başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır