Hesablama Palatasında bir sıra nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub
Bakı, 21 dekabr, AZƏRTAC
Hesablama Palatasında bir sıra nəzarət tədbirləri üzrə hesabatlar müzakirə edilib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Hesablama Palatasının kollegiya iclasında həyata keçirilmiş bir sıra nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun məcburi dövlət sosial sığortası üzrə gəlirlərinin və xərclərinin proqnozlaşdırılmasında mövcud potensialın qiymətləndirilməsi, gəlirlərin və xərclərin icra vəziyyətinə dair; dövlət büdcəsindən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsinə dair; yerli icra hakimiyyəti orqanlarına dövlət büdcəsinin funksional təsnifatının “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası ilə bağlı təhlilin nəticələrinə dair. İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.
İclasda, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.