HƏSƏN SEYİDBƏYLİNİN XATİRƏ GECƏSİ KEÇİRİLMİŞDİR
Kinematoqrafçılar İttifaqının birinci katibi Rasim Balayev ən yaxşı rolları üzərində birgə çalışdığı müəllimi ilə bağlı xatirələrini bölüşmüşdür.
Kinoşünas Aydın Kazımzadə Həsən Seyidbəylinin həyat və yaradıcılığından söhbət açmışdır. Sergey Eyzenşteynin və Qriqori Kozintsevin şagirdi olan Həsən Seyidbəyli Azərbaycan kinosu tarixində silinməz iz qoymuşdur. Kinematoqrafiyada bütün janrların ustası sayılan H.Seyidbəyli bədii və sənədli filmlərin rejissoru, ssenari müəllifi olmuş, cizgi filmləri çəkmişdir. Onun səyləri sayəsində Kinematoqrafçılar İttifaqı nəzdində Kino evi yaradılmışdır. Hazırda kinematoqrafçılar öz tədbirlərini keçirmək üçün buraya yığışırlar. Həsən Seyidbəylinin “Uzaq sahillərdə”, “Telefonçu qız”, “Möcüzələr adası”, “Nəsimi” filmləri Azərbaycan kinosunun Qızıl fonduna daxildir.
Aktyorlar Nodar Şaşıqoğlu, Rəna Səlimova, rejissor Gülbəniz Əzimzadə də öz müəllimi ilə bağlı xatirələrindən danışmışlar.
Sonda onun filmlərindən parçalar göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [11:23]
“Vətənimdir Azərbaycan!” layihəsi Şamaxıda
- 19.06.2026 [10:42]
Səhnəmizin əbədi təbəssümü: Möhsün Sənani
- 19.06.2026 [09:00]