HƏSƏNLİLƏR AİLƏSİ DÖVLƏT KOMİTƏSİNİN DİQQƏT MƏRKƏZİNDƏ OLACAQDIR
Bir qız uşağının böyüdüyü Həsənli ailəsinə Tanrı daha 3 əkiz oğlan bəxş etmişdir. Türkər, Alpər, Mənsur ailəyə sevinc gətirməklə yanaşı, qayğıları da artırmışdır. Şaiq və Samirə Həsənlilərin qonağı olan AQUPDK-nın sədri Hicran Hüseynova Komitə işçilərinin onların qayğıları ilə mütəmadi olaraq maraqlanacağını, bu ailəni daim diqqət mərkəzində saxlayacaqlarını bildirmişdir.
Bakı Şəhəri İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova da təbriklərə qoşularaq, “İdeal” dizayn şirkətinin maddi yardımını və “Star” televizorunu ailə üzvlərinə təqdim etmişdir.
Komitənin təşəbbüsünə qoşulan Uşaq Teatrının rəhbərliyi də ailə üzvlərinə tamaşalara pulsuz baxmaq hüququ vermişdir.
Şaiq Həsənli onlara göstərilən diqqətə görə ailəsi adından minnətdarlığını bildirmişdir.