“Heydər Əliyev-100” videolayihəsinə start verilib
Bakı, 26 yanvar, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsi Heydər Əliyev İli çərçivəsində “Heydər Əliyev-100” videolayihəsinə start verib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində görkəmli dövlət xadimi Heydər Əliyevin dünya azərbaycanlıları ilə görüşləri, xaricdə yaşayan soydaşlarımıza Ümummilli Liderin çağırış və tövsiyələri, tarixi şəxsiyyətlərə qayğısı, Cənubi Azərbaycan mövzusunda çıxışları və s. yer alacaq.
Ulu Öndərin xarici səfərləri zamanı görüşdüyü Azərbaycan icmalarının üzvlərinin ilk dəfə dilə gətirəcəkləri maraqlı xatirələr də videoformatda təqdim olunacaq. Artıq videoçarxların istehsalına başlanılıb. Layihənin çəkilişləri həm Azərbaycanda, həm də müxtəlif ölkələrdə aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [19:15]
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO
- 05.06.2026 [19:03]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
- 05.06.2026 [17:05]
Şəhid jurnalist Məhərrəm İbrahimovun AZƏRTAC-da xatirəsi anılıb VİDEO
- 05.06.2026 [15:21]