Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Heydər Əliyev - Milli ləyaqət ölçüsü” kitabının təqdimatı olub

Bakı, 26 may, AZƏRTAC 

Mayın 26-da Bakıda mərhum professor Zahid Qaralovun müəllifi olduğu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən “Heydər Əliyev - Milli ləyaqət ölçüsü” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, jurnalistlər, elmi dairələrin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

YAP Səbail rayon təşkilatının, Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, zəngin həyatı və çoxşaxəli fəaliyyətindən, eləcə də təqdim olunan kitabın əhəmiyyətindən danışıb. O deyib ki, Azərbaycan dövlətçiliyinin formalaşdırılmasında, inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri var. İndiyədək Ulu Öndərlə bağlı çoxlu kitablar yazılıb və bundan sonra da yazılacaq. Haqqında danışdığımız bu kitab isə müəllifin ümummilli lider Heydər Əliyev barədə yazdığı beşinci kitabıdır. Şəmsəddin Hacıyev Zahid Qaralovun həyat və fəaliyyəti haqqında da danışıb, onun yüksək insani keyfiyyətlərini qeyd edib.

Milli Məclis sədrinin müavini Bahar Muradova professor Zahid Qaralovla bağlı xatirələrini bölüşüb. Bildirib ki, onda olan həyat eşqi, sabaha inam, bu günümüzdən duyduğu qürur, keçdiyi ömür yolu və təmsil etdiyi xalqın bütövlükdə həyat yolunun ayrı-ayrı məqamları ilə bağlı keçirdiyi fəxarət hissi həm hərəkətlərində, həm davranışında, həm də münasibətində hiss olunurdu. Zahid Qaralovun mənalı ömür yolu gənclər üçün örnəkdir. O, malik olduğu bütün imkanları xalqımızla bölüşdüyü kimi, Ulu Öndər haqqında olan fikirlərini, onun irsinə münasibətini və Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, fəaliyyətinin ayrı-ayrı məqamlarını da hər zaman bizimlə bölüşüb. Onun müəllifi olduğu bu kitab özünəməxsusluğu ilə seçilir. On fəsildən ibarət olan kitabda fikir, ideya, məqsəd ardıcıllığı var. Nə qədər ki Azərbaycan var, ölkəmizin ulu öndər Heydər Əliyev yolu ilə inkişaf strategiyası da mövcud olacaq və biz respublikamızı uğurdan-uğura məhz bu yolla aparacağıq.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov da çıxışında Zahid Qaralovun zəngin və mənalı ömür yolundan danışıb, kitabın məziyyətləri barədə söhbət açıb. O deyib ki, professorun elmi və ictimai fəaliyyəti dövlət tərəfindən həmişə layiqincə qiymətləndirilib.

Bildirilib ki, ümummilli lider Heydər Əliyev haqqında sanballı əsəri məhz Zahid Qaralov kimi bir insan yaza bilərdi. Çünki Ulu Öndərin fəaliyyət dövrünün həm birinci, həm də ikinci mərhələsi daim Zahid Qaralovun tədqiqatlarının əsas obyekti olub. Zahid Qaralov daim bu sahə ilə bağlı əsərlərində dəyərli məlumatları ictimaiyyətə çatdırıb. Siyavuş Novruzov, həmçinin Yeni Azərbaycan Partiyasının qurulmasında Zahid Qaralovun iştirakından danışıb.

Mərasimdə tarixçi alim, deputat Fəzail İbrahimli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Vilayət Əliyev, Prezident Administrasiyasının məsul əməkdaşı Xıdır Qaralov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək Ulu Öndərin həyat və fəaliyyətindən, eləcə də Zahid Qaralovun yazdığı əsərlərin əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, bu kitab Azərbaycanı müdrik siyasəti ilə tərəqqiyə aparan, dövlət idarəçiliyini şərəflə icra edib onun kəsilməz xətt boyunca inkişafının yollarını göstərən, hər bir azərbaycanlının Ulu Öndər deyib fəxr etdiyi dahi şəxsiyyətin, ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərinə, elmi-siyasi irsinə həsr edilib. Vurğulanıb ki, Zahid Qaralovun yazdığı əsərlər xüsusilə gənclərimiz üçün çox faydalıdır.

Nəfis tərtibatla çap olunan kitabda müəllif yazır: “Son yüz ildə Azərbaycana rəhbərlik etmiş şəxslərin fəaliyyətinin əsas istiqamətlərini təhlil etdim və belə qənaətə gəldim ki, onların arasında xalqa ləyaqətlə qulluq göstərən, Azərbaycan xalqını beynəlxalq aləmdə tanıdan, sözü ilə əməli arasında tam vəhdət olan şəxs Heydər Əlirza oğlu Əliyevdir. Ona görə də mən Onun ləyaqət ölçüsü, milli ləyaqət etalonu, milli ləyaqət nümunəsi olduğunu yəqin etmişəm. Kitaba da bu adı təsadüfi seçməmişəm: “Heydər Əliyev - Milli ləyaqət ölçüsü”.

Müəllif qeyd edir ki, Heydər Əliyev Azərbaycan xalqı üçün ən dəyərli şəxsiyyətdir, onun yolu haqq yolu olduğuna görə gələcək nəsillər yüz illərlə bu yolla irəliləyəcəklər. Bizim yazdığımız həqiqətlər isə ümummilli lider Heydər Əliyevi daha yaxından tanımaqda onlara kömək edəcək.

Bu kitabda fəsillərin adları müxtəlif mövzuları əhatə etsə də, hamısı bir yerdə ulu öndər Heydər Əliyevin ölməzliyini sübut edən aktual məsələlərdir.

Müəllif yazır ki, belə bir el misalı var: “Divarda rəsmin olunca, həyatda adın olsun”. Ümummilli lider Heydər Əliyevin divarda rəsmləri də, həyatda yüksək adı da var. Rəsmləri divarlardan çıxarmaq çətin iş deyil, amma heç kəs ulu öndər Heydər Əliyev sevgisini milyonlarla insanın qəlbindən çıxara bilməz. Bu istək yüz illərlə davam edəcək”.

Kitabda qeyd edilir ki, ulu öndər Heydər Əliyev Azərbaycanın təhrif olunmuş tarixinin bərpası, həqiqi elmi tarixinin yazılması istiqamətində çox zəhmət çəkib. Keçmişimizi, bu günümüzü və gələcəyimizi kəsilməz xətt boyunca sistemə salmağın yollarını göstərib. Nəhayət, Ulu Öndərimizin Azərbaycan Respublikasına, Azərbaycan xalqına miras qoyduğu, rəhbərliyə seçməyi tövsiyə etdiyi güclü şəxsiyyət, dövlət idarəçiliyini şərəflə icra etməyi bacaran Prezident İlham Əliyev də ağıllı siyasəti ilə ölkəmizi tərəqqiyə aparır.

Ümummilli lider Heydər Əliyev xalqımızın ləyaqət ölçüsü kimi Azərbaycan xalqı ilə birlikdə əbədiyyətə qədər yaşayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır