HEYDƏR ƏLİYEV ADINA BAKI NEFT EMALI ZAVODUNDA ÜMUMMİLLİ LİDERİN XATİRƏSİ ANILMIŞDIR
Zavodun direktoru Bədəl Bədəlov ümummilli lider Heydər Əliyevin xalqımızın və ölkəmizin gələcəyi naminə həyata keçirdiyi uzaqgörən siyasətdən, bunun bəhrəsi olan, milli dövlətçiliyimizin və müstəqilliyimizin təminatçısına çevrilmiş neft strategiyasından danışmışdır. İstər sovet dövründə, istərsə də müstəqillik dönəmində zavoda ulu öndər Heydər Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilmiş və həmin ənənə Prezident İlham Əliyev tərəfindən də davam etdirilir.
Tədbirdən sonra məktəblilərin ulu öndərin xatirəsinə həsr edilmiş mini futbol turnirinin final oyunu keçirilmişdir. “Neftçi” futbol klubunun oyunçuları turnirin qaliblərinə kubok və diplomlar, mükafatlar təqdim etmişlər.