Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEV FONDU İLƏ TANIŞLIQ

Birinci beynəlxalq rus kitabı festivalının iştirakçılarından böyük bir qrupu sentyabrın 15-də Heydər Əliyev Fondunda olmuşdur.

Qonaqlara məlumat verildi ki, Fond 2004-cü il mayın 10-da - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü fəaliyyətə başlamışdır. Görkəmli siyasi xadimin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun əsas məqsədləri Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, ulu öndərin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan ibarətdir. Fond dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsinə kömək etməyi, ölkənin sosial problemlərinin həllini dəstəkləməyi, konkret insanlara qayğını da prioritet vəzifələrindən sayır. Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliğində də qurumun dəyərli, səmərəli köməyi var.

Fondun ekspozisiyalarına maraqla baxan qonaqların məşhur dövlət xadiminin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən fotolara dair xeyli sualları cavablandırıldı. Onlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, dünyanın nüfuzlu siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə də tanış oldular. Xüsusilə Moskvada keçmiş SSRİ hökumətinin rəhbərlərindən biri kimi onun çoxşahəli fəaliyyətini əks etdirən sənədlər qonaqlarda xoş təəssürat yaratdı. Onlar Azərbaycanın, eləcə də dünyanın müxtəlif ölkələrinin tanınmış elm, incəsənət, ədəbiyyat xadimləri ilə görüşlərdə, müxtəlif tədbirlərdə çəkilmiş şəkillərə də böyük maraqla baxdılar.

Sonra qonaqlar kinosalonda Heydər Əliyev Fondunun fəaliyyətinə, həyata keçirdiyi layihələrə, beynəlxalq əlaqələrinə dair sənədli filmə tamaşa etdilər.

X X X

Festival iştirakçıları ilə görüş çay süfrəsi arxasında davam etdirildi. Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva qonaqları Azərbaycanda Rusiya İli çərçivəsində keçirilən Birinci beynəlxalq rus kitabı festivalı münasibətilə təbrik edərək dedi: İlk belə festivalın məhz Bakıda keçirilməsi tamamilə qanunauyğundur. Siz yəqin bilirsiniz ki, Azərbaycanda rus ədəbiyyatına, incəsənətinə, mədəniyyətinə həmişə ehtiramla yanaşmışlar. Lakin tariximizin müəyyən dövründə - ölkələrimizin müstəqilliyə qovuşduğu dövrdə yəqin ki, obyektiv səbəblərə görə biz “mədəni qıtlıq” hiss etdik. Biz bu gün də mədəni dialoqun zəruriliyinə, ünsiyyətə, qonşuların və dostların mədəniyyəti ilə tanış olmağa ikiqat ehtiyac duyuruq.

Bu baxımdan bizim çox yaxşı ənənələrimiz var və çox xoşdur ki, onlar davam və inkişaf edir.

Azərbaycan postsovet məkanında yeganə dövlətdir ki, müstəqillik əldə olunduqdan sonra burada heç bir rusdilli məktəb bağlanmadı, bu məktəblərin hamısı fəaliyyətini davam etdirir. Azərbaycan və bakılılar dünya mədəniyyətinin bir hissəsi olan rus mədəniyyətinə həmişə məhəbbət və hörmətlə yanaşmışlar. Ölkənin paytaxtında Bakı Slavyan Universiteti fəaliyyət göstərir.

Mehriban Əliyeva başçılıq etdiyi Fondun fəaliyyətindən danışaraq bildirdi ki, o, 2004-cü ilin mayında, Heydər Əliyevin doğum günü açılmışdır. Fondun fəaliyyət sahəsi çox genişdir. Humanitar proqramlar, yəni təhsil, səhiyyə, sosial məsələlər, cəmiyyətin ən aztəminatlı təbəqələrinə, qaçqın-köçkünlərə, - onlar Azərbaycanda təxminən bir milyon nəfərdir, - yardım öncül istiqamətlərdir.

Təhsil sahəsinə xüsusi diqqət yetirilir. Çox böyük layihələr həyata keçirilir, iki il əvvəl yeni məktəblərin tikintisi layihəsinə başlanmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə 2004-cü ilin mayından bu günədək 260 yeni məktəb tikilmişdir. Onların əksəriyyəti dağlıq, gediş-gəliş çətin olan rayonlarda inşa edilmişdir. Bu proqram davam etdirilir və yaxın illərdə daha 500 məktəb tikmək planlaşdırılır.

Fondun keçirdiyi tədbirlər ölkədə geniş dəstəklənir.

Heydər Əliyev Fondunun prezidenti festivalın yüksək səviyyədə keçdiyinə əminliyini bildirərək dedi ki, ona maraq olduqca böyükdür, paytaxtın bir çox vətəndaşları festivalın tədbirlərində iştiraklarına kömək göstərmək xahişi ilə müraciət etmişlər.

Görüşdə görkəmli yazıçılar, ictimai xadimlər Çingiz Aytmatov, Oljas Süleymenov, Tatyana Ustinova, Federal Mətbuat və Kütləvi Kommunikasiyalar Agentliyinin rəhbəri Mixail Seslavinski, “Rus Klubu” Beynəlxalq Mədəni-Maarif İttifaqının prezidenti Nikolay Sventitski, İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko və başqaları çıxış edərək bildirdilər ki, bu festival dövlətlərimizin həyatında çox böyük hadisədir. Bu, təkcə ədəbi hadisə, humanitar münasibətlər sahəsində hadisə deyil, həm də xalqlarımızın düzgün yolla, müstəqil və çox gözəl yolla getmələrinin daha bir sübutudur.

Qonaqlar qeyd etdilər ki, onlar Azərbaycanda sovet və müasir rus ədəbiyyatının, klassik rus ədəbiyyatının necə sevildiyinin və oxunduğunun şahidi oldular. Tədbirlər zamanı paytaxt vətəndaşları ilə görüş və söhbətlərinin necə səmimilik və mehribanlıq şəraitində keçməsindən yaxşı mənada təəccüb qalmışlar.

Festivalın birinci günü çox tədbirlər keçirilmişdir. Sentyabrın 16-da iştirakçılar üç rayonda olacaq, öz oxucuları ilə görüşəcəklər.

Qonaqlar Heydər Əliyev Fondunun fəaliyyətindən danışaraq, Mehriban Əliyevanın rolunu yüksək qiymətləndirdilər. Bildirdilər ki, indi dünyada fondlar çoxdur. Lakin Heydər Əliyev Fondunun fərqləndirici xüsusiyyəti bundadır ki, o, fəaliyyətin müxtəlif istiqamətlərini özündə birləşdirmişdir - bunlar mədəniyyət və tarix, təhsil və səhiyyə, bir çox digər humanitar məsələlərdir.

Heydər Əliyev Fondunun prezidenti bildirdi ki, bu qurumun planlarına ölkədə kitab mağazalarının geniş bir şəbəkəsini yaratmaq da daxildir.

Görüşdə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonaqlara dövlət başçısı İlham Əliyevin incəsənət xadimlərinə böyük diqqət yetirdiyindən danışdı.

Sonra görüş iştirakçılarına Fondun xatirə hədiyyələri təqdim olundu.

Festival iştirakçıları adından Fonda hədiyyə nəşrləri, görkəmli siyasi xadim Heydər Əliyevin tarixi fotoşəkilləri təqdim edildi.

Görüşdən sonra qonaqlar Heydər Əliyev Fondunun buraxdığı kitablar, albomlar, audio və video məhsulla tanış oldular.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “PAŞA Holdinq”ə daxil olan “Agro Dairy” şirkəti autizmli uşaqların sosial həyatda fəal iştirakını dəstəkləyir

® “Azercell”dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azərbaycanda ət və yumurta istehsalı artıb

Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq

DYP yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında süni intellekt əsaslı avadanlıqlardan istifadə edir

Mərkəzi Bank “BlackRock”la mümkün əməkdaşlıq perspektivlərini müzakirə edib

Qarşıdakı 4 ildə Azərbaycan iqtisadiyyatına 108,6 milyard manat investisiya yatırılacaq

Rumıniya Senatının üzvləri Azərbaycanın qiymətləndirmə sektorunun inkişafı barədə məlumatlandırılıblar

Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı

Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Həmkarlar ittifaqlarının müasir dövrdə qarşısında duran vəzifələr açıqlanıb

Pərviz Şahbazov: 2023-cü ildən indiyədək Vyetnama 1,1 milyon tondan çox neft tədarük edilib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26 mindən çox nikah bağlanıb

Təcili tibbi yardım xidmətində müasir rəqəmsal texnologiyaların tətbiqinə başlanılır

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

AQEM-in transformasiyası və Azərbaycanın üzərinə düşən tarixi məsuliyyət – ŞƏRH

Əmək Məcəlləsində dəyişiklik edilir

“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər təltif edilib - SƏRƏNCAM

Sabah hava əsasən yağmursuz keçəcək

Azərbaycanda bu ilin səkkiz ayında 56 mindən çox körpə doğulub

Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 700 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının və Sərəncamının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir

Maliyyə Nazirliyi: 2030-cu ildə dövlət borcunun ÜDM-in 20,4 faiz səviyyəsində olacağı gözlənilir

Sahib Paşazadə Yakutiyada XVI Beynəlxalq Arktika Musiqi Festivalında çıxış edib

Vinisius müasir dövrün ulduz futbolçuları arasında ən çox qırmızı vərəqə alan oyunçudur

Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq

Azərbaycan əhalisinin sayı açıqlanıb

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

2027-ci ildə qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 0,3-1,2 faiz bəndi intervalında dəyişməsi gözlənilir

Keçən ay Arktikada dəniz buzu səviyyəsində ilin ən aşağı göstəricisi qeydə alınıb

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

Azərbaycan millisinin futzalçısı: İnanıram ki, dünya çempionatına vəsiqə qazanacağıq

AZSTAND: Azərbaycanda 2026-2028-ci illər ərzində 4 minə yaxın normativ sənədin hazırlanması nəzərdə tutulur

Neft qiymətləri üzrə risk ssenariləri baza ssenaridən müsbət və mənfi istiqamətdə 5-20 dollar arasında kənarlaşmalar əsasında formalaşdırılıb

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2  VİDEO

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2 VİDEO

Doqquz ayda külək elektrik stansiyalarından istehsal 27 dəfə artıb

Fransalı rejissorlardan həyəcan təbili: Yeni büdcə layihəsi 400 filmin istehsalını təhlükəyə atır

Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb

Reabilitasiya tədbirləri ilə daha 120-dən çox qazi əvvəlki sağlamlığına qovuşub

Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib

Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır

Azərbaycanda neft bitumu və neft koksu istehsalının həcmi 7 faizdən çox artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 16 oktyabr

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var VİDEO

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var VİDEO

Bir əsrlik tarixə işıq salan məkan: Şəki Tarix-Diyarşünaslıq Muzeyi- REPORTAJ

Neft məhsullarının istehsal dəyəri 4,6 milyard manatı ötüb

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Hadrutda energetiklər üçün təşkil olunan müsabiqənin final turu başlayıb

Mingəçevir Dövlət Universiteti beynəlxalq qiymətləndirmədə 5 ulduza layiq görülüb

2027-2030-cu illərdə azad edilmiş ərazilərdə yenidənqurma və bərpa xərclərinin 13,2 milyard manat olacağı gözlənilir

Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir

Parlament təsdiqlədi: Qubanın iki bələdiyyəsinin adları dəyişdirilir

Bu il Azərbaycanın nəql etdiyi qazın 57 faizə yaxını Bakı-Tbilisi-Ərzurumun payına düşüb

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Xüsusi xidmət orqanları əməkdaşlarının pul və maddi təminatı ilə bağlı normalar təkmilləşdirilir – qanun layihəsi təsdiqlənib

“CBS News”: ABŞ generalı İran müharibəsindən əvvəl Amerikada raket çatışmazlığı barədə xəbərdarlıq etmişdi

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

Milli Məclis dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı ilə bağlı qanun layihəsini qəbul edib

UNEC beynəlxalq reytinqdə uğur qazanıb

Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb

Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib

Sahibə Qafarova: Dövlətimizin başçısı İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçildiyi gün ölkəmizin tarixində xüsusi yer tutur

Ötən gün aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb

Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb

Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin nəticələri açıqlanıb

Mərkəzi Bank: Əbu-Dabi Kommersiya Bankı və “UBS Asset Management”lə maliyyə sektorunun inkişaf meyilləri müzakirə edilib

FAO-nun nümayəndəsi: İnnovasiyalar fermerlərin problemlərinin həllinə kömək edə bilər VİDEO

FAO-nun nümayəndəsi: İnnovasiyalar fermerlərin problemlərinin həllinə kömək edə bilər VİDEO

AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub

AQEM platformasında Azərbaycanın sülh, təhlükəsizlik və əməkdaşlıq gündəliyi - ŞƏRH

Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

Antonio Quterreş: Biomüxtəliflik Yer kürəsində həyatın təməlidir

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

Qoşqar Təhməzli: 2027–2032-ci illər üçün Dövlət Proqramı fəaliyyətimizin yeni mərhələsini müəyyən edir

İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür

Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb

Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib

Konqratbəy Şaripov: Xankəndidə keçirilən Rektorlar Forumu birgə elmi tədqiqatlar üçün imkanlar yaradır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycan arasında birlik tarixi proseslərin nəticəsidir

AQTA sədri: Ölkəmizdə aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyac duyulur VİDEO

AQTA sədri: Ölkəmizdə aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyac duyulur VİDEO

“Sarı jiletlilər” yenidən səhnədə: Fransada kütləvi etiraz aksiyaları planlaşdırılır

Məcnun Məmmədov: Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasıdır VİDEO

Məcnun Məmmədov: Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasıdır VİDEO

Bakı Zirvəsi Azərbaycanın beynəlxalq dialoq və etimad məkanı kimi rolunu gücləndirir - ŞƏRH

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır VİDEO

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır VİDEO

Husilərin hökumət evinə hücumu nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb

Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb

Gələn il üçün icmal büdcənin xərclərinin 3,1 faiz çox olacağı gözlənilir

Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu işə başlayıb

Deputat: Ərzaq təhlükəsizliyi regionlarımızın davamlı inkişafı ilə birbaşa bağlıdır VİDEO

Deputat: Ərzaq təhlükəsizliyi regionlarımızın davamlı inkişafı ilə birbaşa bağlıdır VİDEO

BMT: Rəqəmsal texnologiyalar və demoqrafik dəyişikliklər sosial-iqtisadi bərabərsizlikləri dərinləşdirə bilər