HEYDƏR ƏLİYEV FONDUNUN ZAQATALA MƏKTƏBLİLƏRİNƏ DAHA BİR HƏDİYYƏSİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, şəhid Cövdət Səmədov adına kənd məktəbində bu münasibətlə keçirilən təntənəli mərasimdə çıxış edənlər binanın məhz belə bir əlamətdar gündə istifadəyə verilməsini rayonun həyatında çox mühüm hadisə kimi qiymətləndirmiş, bu dəyərli hədiyyəyə görə Fondun prezidenti Mehriban Əliyevaya müəllim və şagirdlər, kənd sakinləri adından dərin minnətdarlıqlarını bildirmişlər.
Mərasimdə çıxış edən şəhid anası Gülzar Səmədova onlara göstərilən diqqət və qayğıya, habelə oğlunun adını daşıyan məktəbin yeni binasının istifadəyə verilməsinə görə Prezident İlham Əliyevə və Fondun rəhbərliyinə ailə üzvlərinin təşəkkürünü və xoş arzularını çatdırmışdır.
Sonra mərasim iştirakçıları yeni təhsil ocağı ilə yaxından tanış olmuşlar.