Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev hüquqi dövlət quruculuğu prosesinə daim xüsusi həssaslıqla yanaşıb

Heydər Əliyev hüquqi dövlət quruculuğu prosesinə daim xüsusi həssaslıqla yanaşıb

Bakı, 1 dekabr, Gülay Nəzərova, AZƏRTAC

Danılmaz faktdır ki, tarix boyu əksər dövlətlərin, xalqların, millətlərin taleyi öz uzaqgörənliyi, qətiyyəti və iradəsi ilə seçilən liderlərlə, dahi şəxsiyyətlərlə birbaşa bağlıdır. Həmin fenomenal şəxslərin müxtəlif dövrlərdə baş verən hadisələrə təsir imkanları, rəhbərlik etdiyi dövlətin, xalqın mənafeyi, müstəqilliyi və inkişafı naminə prosesi düzgün istiqamətdə yönəltmək bacarığı müstəsna rol oynayıb. Bəzi xalqların, dövlətlərin müqəddəratı zamanla həmin şəxsiyyətlərin müxtəlif qarşıdurmalarda, müharibələrdə, böhranlarda və digər əhəmiyyətli anlarda düzgün qərar qəbuletmə və təşkilatçılıq qabiliyyətindən asılı olub. Bir çox hallarda isə məhz həmin dahilərin xilaskarlıq missiyasının nəticəsində yaşamağı, siyasi coğrafiyada, tarix səhnəsində mövcud olmağı bacarıblar. Bu şəxsiyyətlər də öz növbəsində həmin xalqın və bəşəriyyətin tarixində də əbədi iz qoyurlar.

Azərbaycan xalqının Ümummilli Lideri, dünyaşöhrətli siyasi və dövlət xadimi Heydər Əliyev məhz uzaqgörənliyi, dərin siyasi biliyi ilə dövlətini, xalqını ağır bəlalardan xilas etmiş, ölkəmizin zəngin tarixinə öz imzasını atmışdır. Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövr hüquqi, siyasi və iqtisadi əsasların yaradılması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, xalqımızın konstitusion hüquqlarına sahib çıxması kimi çox əhəmiyyəti tarixi prosesi əhatələnmişdir. Ulu Öndərin yorulmaz, çoxşaxəli fəaliyyəti ölkəmizin bütün sahələrdə inkişaf etməsinə güclü zəmin yaratmışdır. Heydər Əliyev demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə daim xüsusi həssaslıqla yanaşmış, onun bilavasitə iştirakı və rəhbərliyi ilə ölkəmizdə mütərəqqi islahatlar həyata keçirilmişdir.

Ötən əsrin sonlarında müstəqilliyini bərpa etmiş, hüquqi, demokratik dövlət quruculuğunu inkişaf yolu kimi seçmiş gənc, müstəqil Azərbaycan bu dövrlərdə çox böyük çətinliklərlə üzləşmişdir. Ölkə daxilində gərginliyin yaşandığı, vətəndaş müharibəsinin və müstəqilliyin itirilməsi təhlükəsinin yarandığı bir zamanda Azərbaycan xalqının dahi bir liderə ehtiyacı vardı. Məhz bu zaman Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtması nəticəsində ölkəmizin ictimai-siyasi, sosial, iqtisadi, elmi, mədəni həyatında dönüş yarandı, müstəqil demokratik, hüquqi dövlət quruculuğu prosesi başlandı, bu istiqamətdə kompleks tədbirlər həyata keçirildi. İnsan hüquq və azadlıqlarının effektiv təmininə və müdafiəsinə zəmin yaradan ardıcıl tədbirlərin həyata keçirilməsinə istiqamətlənmiş islahatlar Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin əsasını təşkil etdi.

İnsan və vətəndaş hüquq və azadlıqlarının təmini məsələsini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etmiş Ümummilli Liderin bu sahədə həyata keçirdiyi ən mühüm tədbirlərdən biri Azərbaycan Respublikasının ilk Konstitusiyasının yaradılması olmuşdur. Ulu Öndərin müəllifi olduğu, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə dövlət quruculuğu prosesinə güclü təkan vermişdir. Xüsusilə qeyd olunmalıdır ki, Konstitusiyanın 12-ci maddəsinin 1-ci hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin olunması dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyanın qəbul olunması dövlətçiliyimizin möhkəmləndirilməsi, eyni zamanda, ölkəmizin dünya birliyində nüfuzunun artması baxımından olduqca önəmli bir ictimai-siyasi hadisə kimi dəyərləndirilməlidir.

Bütün sahələri əhatə edən hüquqi islahatların həyata keçirilməsinə xüsusi əhəmiyyət vermiş Ümummilli Liderin 1996-cı il 21 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Hüquqi İslahat Komissiyası təsis edilmişdir. Bu Komissiya tərəfindən beynəlxalq standartlara cavab verən bir sıra vacib qanunların, məcəllələrin və normativ hüquqi aktların layihələri hazırlanmışdır. Ulu Öndər Heydər Əliyev ölkəmizdə konstitusiya nəzarəti institutunun yaradılmasının əsasını qoymuş, onun bilavasitə təşəbbüsü ilə “Konstitusiya Məhkəməsi haqqında” 1997-ci il 21 oktyabr tarixli ilk Qanunun qəbulundan bir müddət sonra ölkəmizdə ilk dəfə olaraq Konstitusiya Məhkəməsi yaradılmışdır. Azərbaycan Respublikasının Əsas Qanunu ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanı olan Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsi, hər kəsin əsas hüquq və azadlıqlarının müdafiə olunmasıdır.

Azərbaycanda ölüm cəzasının ləğv edilməsi Ümummilli Lider Heydər Əliyevin demokratik prinsiplərin inkişafına, insan hüquqlarının, o cümlədən yaşamaq hüququnun təmininə xüsusi əhəmiyyət verdiyinin daha bir bariz göstəricisidir. 1998-ci il fevralın 10-da ölüm hökmünün ləğv olunması nəticəsində Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv etmiş ölkə kimi tarixə düşmüşdür. Bu cəzanın ölkəmizdə ləğv edilməsi cinayət-hüquq siyasətinin humanistləşdirilməsi sahəsində həyata keçirilən önəmli tədbirlərdən olmuşdur.

Hüquqi, dünyəvi dövlət quruculuğunu inkişaf yolu seçmiş Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının təmini və müdafiəsində Ulu Öndərin 1998-ci il fevralın 22-də imzaladığı "İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı və 1998-ci il iyunun 18-də imzaladığı Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair" Dövlət Proqramı böyük rol oynamışdır. Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması məqsədilə hazırlanmış Dövlət Proqramında ölkəmizin insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil proqramları üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər nəzərdə tutulmuşdur.

Ölkəmizdə insan hüquq və azadlıqlarının təmini məsələsinin səmərəliliyinin artırılması istiqamətində görülmüş ən mühüm tədbirlərdən biri də bilavasitə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü nəticəsində məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılması olmuşdur. 2001-ci il dekabrın 28-də “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul edilmiş, 2002-ci il martın 5-də onun tətbiq edilməsi barədə Fərman imzalanmışdır. Həmin il oktyabrın 28-dən Ombudsman Aparatında müraciətlərin qəbuluna başlanılmışdır. Azərbaycanda Ombudsman Aparatının yaradılması ilə vətəndaşların hüquqlarının müdafiəsi sahəsində daha ciddi nailiyyətlər əldə olunmağa başlanıb.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyevin uğurlu strategiyası hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Azərbaycanda insan hüquq və azadlıqlarının səmərəli təmininə istiqamətlənmiş genişmiqyaslı islahatlar həyata keçirilir, ölkəmizdə insan hüquqları sahəsində mühüm nailiyyətlər əldə olunur.

Şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu, Prezident İlham Əliyevin davam etdirdiyi islahatlar nəticəsində Azərbaycan insan hüquqlarının təmini sahəsində daha da inkişaf edəcək, bu sahədə bundan sonra da yeni, davamlı nailiyyətlər əldə olunacaqdır.

Məqalə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda insan hüquqları” mövzusunda elan etdiyi müsabiqəyə təqdim olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Batumidə şəhidlərin xatirəsi anılıb

Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

Şəhid pilot Abbas Qasımovun anası: Mən bir oğul itirmədim, 30 illik dostumu, sirdaşımı itirdim

Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub VİDEO

Nyu-York şəhərində on minlərlə insan fırtına səbəbindən elektriksiz qalıb

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Yalçın Rəfiyev: Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır

“Əbədi yaşayanlar” - Marneulidə şəhidlərin xatirəsi anılıb

Naxçıvan şəhərində şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası təşkil edilib

İran Prezidenti: Məkkə Müdafiə Sazişi müsəlman birliyinə doğru müsbət addım ola bilər

Yaponiyada yağışlarla əlaqədar 740 mindən çox sakinə təxliyə olunmaları tövsiyə edilib

Avropa mətbuatı Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna geniş yer ayırıb

Atatürk Universitetinin rektoru ADPU-da olub

Qəzzaya endirilən hava zərbələri nəticəsində 7 nəfər ölüb, 38 yaralı var

Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib

Kanadada helikopter qəzaya uğrayıb, ölənlər var

İstanbulda şəhidlər yad ediliblər VİDEO

İstanbulda şəhidlər yad ediliblər VİDEO

Almaniyanın xarici işlər naziri BMT-də süni intellekt üçün qlobal təhlükəsizlik standartlarının tətbiqinə çağırıb