“Heydər Əliyev İli”nə həsr olunmuş kitab sərgisi keçirilib
Bakı, 16 iyun, AZƏRTAC
ADTM Tərcümə Agentliyinin təşkilatçılığı ilə şəhərin mərkəzi Sabir bağında müasir Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş kitab sərgisi keçirilib.
Azərbaycan Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, kitaba, mütaliəyə sevgi aşılanması, oxucu zövqünün formalaşdırılması niyyətini daşıyan sərgi çərçivəsində ADTM-nın müxtəlif dövrlərdə ərsəyə gətirdiyi yerli və xarici nəşrlərin, dünya ədəbiyyatı nümunələrinin, Azərbaycanın klassik və müasir ədəbiyyatlarının, uşaq ədəbiyyatı və ensiklopediyaların, lüğət və sözlüklərin nümayişi və güzəştli satışı həyata keçirilib, Saday Budaqlı, İlqar Əlfioğlu, Nəriman Əbdülrəhmanlı, Mahir N.Qarayev, Rəbiqə Nazimqızı, Etimad Başkeçid, Salam Sarvan kimi tanınmış yazıçı və şairlərlə görüşlər, imza günləri təşkil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:32]
Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]