“HEYDƏR ƏLİYEV LEKTORİYASI”NIN NÖVBƏTİ MƏŞĞƏLƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Şərur rayonunun Aşağı Aralıq kənd xəstəxanasında Naxçıvan MR Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi keçirilmişdir. Tədbirin iştirakçıları ümummilli liderimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Naxçıvan MR Bilik, Maarifçilik Cəmiyyətinin sədri Ziyəddin İsmayılov “Heydər Əliyev müstəqilliyimizin banisidir” mövzusunda məruzə etmişdir.
Kənd xəstəxanasının baş həkimi Məmməd Muxtarov və digər çıxış edənlər son illərdə səhiyyənin inkişafı sahəsində görülmüş işləri yüksək qiymətləndirmişlər.