HEYDƏR ƏLİYEV LEKTORİYASININ NÖVBƏTİ MƏŞĞƏLƏSİ OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Heydər Əliyev lektoriyasının Müstəqillik gününə həsr edilmiş növbəti məşğələsində ulu öndərimizin ideyalarından bəhs edilmiş, onun şah əsəri olan yeni Azərbaycanın keçdiyi tarixi inkişaf yolundan danışılmışdır.
Lektoriyada “Azərbaycanın dövlət müstəqilliyi xalqımızın nailiyyətidir” mövzusunda məruzə dinlənilmişdir.