Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” təşkil olunub VİDEO

Bakı, 29 aprel, Ceyhun Alışlı, AZƏRTAC

Aprelin 29-də Heydər Əliyev Mərkəzinin parkında “Gəlin birgə oxuyaq!” şüarı altında “Oxu günü” təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və “Hədəf Nəşrləri”nin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağın artırılması, oxu vərdişlərinin inkişafına nail olmaqdır.

Tədbirdə Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. “Təcrübə göstərir ki, kitab hər zaman olduğu kimi müasir texnologiyaların inkişaf etdiyi bir dövrdə də öz dəyərini, qiymətini qoruyub saxlayır. Kitab xalqların milli dəyərlərini, milli mənəviyyatını gələcək nəsillərə çatdırmaq üçün çox gözəl vasitədir. Ulu öndər Heydər Əliyev deyirdi: “Biz hamımız təhsilimizi, elmimizi kitablardan almışıq. Ona görə də hamımız kitaba borcluyuq”. Heydər Əliyev Fondu da fəaliyyətə başladığı ilk günlərdən bir çox kitabları nəfis şəkildə nəşr etdirməyi öz prioritet istiqamətlərindən biri kimi seçib. Əminliklə deyə bilərik ki, bu baxımdan Azərbaycan mədəniyyətini və milli dəyərlərini təbliğ edən nəşrlərin dünyaya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır. O, bu istiqamətdə yorulmaz əməyi ilə çoxsaylı işlər görüb. Fondun nəşr etdiyi kitablar arasında uşaq ədəbiyyatı da mühüm yer tutur. Bu gün Fondun bu istiqamətdə layihələrini Heydər Əliyev Mərkəzi də uğurla davam etdirir. Bugünkü möhtəşəm tədbir bunun bariz nümunəsidir”, - deyə M. Mehdiyeva vurğulayıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov belə tədbirlərin ölkəmizin ictimai həyatında mühüm hadisə olduğunu söyləyərək kitaba verilən dəyərdən danışıb. Nazir müavini “Oxu günü”nün gənclərimizin mədəni və mənəvi səviyyəsinin formalaşmasına müsbət təsir edəcəyini bildirib. Deyib ki, eyni zamanda, kitab oxumaq və kitaba bağlılıq ənənəsi gənclərin bilik səviyyəsinin artmasına da öz təsirini göstərəcək.

“Çox yaxşı haldır ki, bu tədbir Heydər Əliyev Mərkəzinin parkında gerçəkləşib. Çünki Ulu Öndər gənclərin kitab oxumaları, mütaliə etmələri və yaxşı vətəndaş olmaları üçün hər zaman öz tövsiyələrini verib. Heydər Əliyev deyirdi: “Ədəbiyyatını bilməyən dilini bilməz, ədəbiyyatını bilməyən mədəni insan ola bilməz”. Bu baxımdan Ümummilli Lider həmişə elmə, təhsilə, biliyə və ən əsası oxumağa xüsusi diqqət yetirib. Dahi şəxsiyyətin adını daşıyan Mərkəzin ətrafında belə möhtəşəm tədbirin təşkili əlamətdardır”, - deyə nazir müavini vurğulayıb.

Firudin Qurbanov ümumi təhsil müəssisələrində şagirdlərin mütaliəsi işinin təşkil edilməsi, onların mütaliəyə həvəsinin daha da gücləndirilməsi və mütaliə vərdişlərinin inkişaf etdirilməsi yönündə keçirilən tədbirlərdən danışıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva layihənin önəmini vurğulayaraq bildirib ki, “Oxu Günü”ndə paytaxtın 60-dək ümumtəhsil məktəb və liseyinin şagirdləri iştirak edirlər. İştirak edən şagirdlərin maraqlı çıxışlarla təmsil olunduğunu söyləyən M.Vəliyeva diqqətə çatdırıb ki, məktəblilər oxuduqları əsərlər əsasında canlı debatların aparılması üzrə strategiyanı nümayiş etdirəcəklər. Tədbir çərçivəsində kitab sərgilərinin təşkilinin əhəmiyyətindən bəhs edən natiq sərgidə, eyni zamanda, tanınmış yazıçıların öz kitablarını iştirakçılara hədiyyə edəcəyini də vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli elm adamı kimi “Oxu Günü”nə öz xeyir-duasını verərək layihənin gənclərimizə faydalı olacağını deyib.

“Kitab insanları, xüsusən gənclərimizi bilikli olmağa, gələcəyi aydın şəkildə görməyə, öz mövqeyini düzgün çatdırmağa kömək edən nadir vasitələrdən biridir. “Oxu Günü”nün keçirilməsi, həm də elm və bilik bayramının keçirilməsi deməkdir. Bu tədbir, eyni zamanda mütaliə mədəniyyətinə, kitaba çağırış deməkdir. Kitab sözün əsl mənasında müəllimdir, həyat dərsliyidir”, - deyə İ.Həbibbəyli bildirib.

Kitabın mükəmməl elmə yiyələnmək üçün qızıl açar olduğunu söyləyən akademik geniş informasiya məkanı mühitində kitabın yeri, mövqeyi, əhəmiyyəti haqqında ətraflı danışıb.

Xalq Yazıçısı Çingiz Abdullayev, “Hədəf” nəşriyyatının rəhbəri, filologiya elmləri doktoru Şəmil Sadiq çıxış edərək tədbirin əhəmiyyətindən, kitaba verilən dəyərdən, gənclərin mütaliəsinin vacibliyindən danışıblar.

Sonra qonaqlar kitab sərgiləri ilə tanış olublar.

Qeyd edək ki, “Oxu Günü”ndə məktəblilərin iştirakı ilə ayrı-ayrı əsərlərin müzakirələri aparılacaq, pantomima tamaşa, kitabların fərdlər üzərində əhəmiyyətini vurğulayan səhnəciklər, “fləşmob” və digər təqdimatlar olacaq.

Tədbir çərçivəsində bədii-elmi kitabların sərgisi də keçirilib. Nəşrlər iştirakçılara həm ödənişsiz paylanılıb, həm də güzəştli şərtlərlə satılıb.

“Oxu Günü” tədbirinə giriş sərbəstdir.

Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” təşkil olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Numan Kurtulmuş: Türk dünyası qlobal gücə çevrilməyə hazırdır

Azərbaycanın bədii gimnastları Avropa çempionatına medalla başlayıblar

Rektor: “Scopus” platformasında UNEC-ə aid 1455 əsər indekslənib

“Yenikənd” SES-də 7 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub

Ehtiyatda olan sərhədçi polkovnikin 70 illik yubileyinə həsr olunan tədbir keçirilib

Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında mübarizəyə qoşulur

Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib

Şimal-qərb bölgəsinin məktəbliləri arasında “Zəfər” müsabiqəsinin zona mərhələsi keçirilib

Dayanıqlı inkişafın yeni dövrü: yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi – beynəlxalq elmi konfrans

Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri: Əməkdaşlığın gücləndirilməsinə növbəti töhfə ŞƏRH

Bu il mayın 1-dək Azərbaycanda qeydiyyata alınan sığortaolunanların sayı 5 milyondan çox olub

Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

Tacikistan Prezidenti Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi olub

Laçın rayonunda fövqəladə hallar zamanı təxirəsalınmaz tədbirlərlə əlaqədar təlim keçirilib

Dünya birjalarında neft ucuzlaşıb

AZAL Buxarest və Sofiyaya 99 avrodan aviabiletlər təklif edir

Milli Məclisin deputatları NATO PA-nın yaz sessiyasında iştirak edəcəklər

Nazir müavini: “Yaşıl dünya naminə həmrəylik ili”ndə 5 milyon ağacın əkilməsinə nail olacağıq – MÜSAHİBƏ VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Daşkəsəndə vətəndaşlarla görüşəcək

Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib

Azərbaycan neftinin ucuzlaşması davam edir

Elektrik avadanlıqlarının çatışmazlığı Avropada yaşıl enerjiyə keçidi ləngidir

Diplomat: “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı səylər sülhə ümid yaradır

Çin ordusu Tayvan separatçılarına “Birgə qılınc” təlimi ilə cavab verir

Makron Yeni Kaledoniyaya səfər edib

BMT: Vəhşi təbiətə qarşı qlobal cinayətlər "saysız-hesabsız zərər" verir

Fransa Senatı xarici müdaxilənin qarşısının alınmasına dair qanunu qəbul edib

Abşeronun misilsiz abidəsi - “Üç ovdan”

Antiislamçı Rasmus Paludan Avropa İttifaqı seçkilərində iştirak edir

ADNSU-da əcnəbi tələbələrin cəmiyyətə inteqrasiyası mövzusunda tədbir keçirilib

Rəcəb Tayyib Ərdoğan təbii fəlakətdən zərər çəkənlərə yardım toplayan azərbaycanlını mükafatlandırıb

"Atalanta" Avropa Liqasının qalibi olub YENİLƏNİB

Şəkidə məskunlaşan Ağdam sakini özünə qəsd edib

Türk dünyasının ilk müştərək film layihəsi ilə bağlı görüş keçirilib

Azərbaycan Basketbol Liqası: "Sabah" seriyada önə keçib

Avropa Liqasının finalı: "Atalanta" - "Bayer"in start heyətləri açıqlanıb

Gədəbəy sakinlərinin 74 illik ailə dəyəri... REPORTAJ – FOTO 

Azərbaycan Texniki Universitetində Alman Akademik Mübadilə Xidmətinin illik təqaüd mükafatlandırma mərasimi keçirilib

Naxçıvanın səhiyyə sistemində görülən işlərlə bağlı konfrans keçirilib

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ən yaxşı esse müsabiqəsinin qalibləri mükafatlandırılıb

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixində ilk dəfə komanda hesabında U-23 Avropa çempionu olub

Rişi Sunak Britaniyada növbədənkənar seçkilər elan edib

Azərbaycan səfiri BƏƏ xarici işlər nazirinin mükəmməllik mükafatına layiq görülüb

Azərbaycanın daha bir güləşçisi Avropa çempionatının qızıl medalına yiyələnib

Naxçıvanı “Şahin” hərbi-idman oyunlarında təmsil edəcək komanda məlum olub

Prezident Emoməli Rəhmon Şəhidlər xiyabanını ziyarət edib

Paşinyan: Sərhədlərin delimitasiyası Ermənistanın təhlükəsizliyini təmin edəcək

Azərbaycan-Tacikistan münasibətləri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq uğurla inkişaf etdirilir

İcma: Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması müstəvisində regiondan kənar dövlətlərin yersiz müdaxilələri yolverilməzdir

Regional təhsil idarəsi: Biləsuvarda 8-ci sinif şagirdinin xəsarət alması ilə bağlı araşdırma aparılıb

“8 Noyabr” prospektində aparılan təmirlə əlaqədar 5 marşrut avtobusunun hərəkət istiqaməti dəyişdirilir

Azərbaycan hərbçiləri Türkiyədə keçirilən kursda iştirak edirlər

Tacikistan Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

Baş direktor: Standartlaşdırmanın əsas məqsədi dövlətin milli maraqlarını təmin etməkdir

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

TBMM Baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisdə görüşlər keçirib

Nərimanov rayonundakı ictimai iaşə müəssisəsində saxta alkoqollu içkilər aşkarlanıb

Xəzər rayonunda tikilidən 125 min manatlıq inşaat materialları oğurlanıb

HDQ-nin “N” hərbi hissəsinin yaradılmasından 32 il ötür VİDEO

Komitə sədri: Nehrəmdəki məktəb binasında əvvəlki illərdə tikinti norma və qaydalara uyğun aparılmayıb

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana dövlət səfərinə gəlib

“Ev təsərrüfatlarının uçotu Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin qurumun hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DYP yolda hərəkətin məhdudlaşdırılacağı ilə bağlı məlumat yayıb

Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti zolaqlar üzrə məhdudlaşdırılacaq

Qulluq stajına görə əmək pensiyasına əlavələrlə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Rəsulzadənin 140 illik yubileyi Marneulidə qeyd olunub

Avropa çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

AQTİ ilə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında təlim-təcrübə proqramına başlanılıb

Britaniyanın müdafiə naziri: Çin Ukraynada istifadə üçün Rusiyaya öldürücü silah yardımı edir

Zəngilan rayonunun Ağalı kənd sakinləri üçün oftalmoloji aksiya keçiriləcək

Jurnalist Reyçel Avraham: Erməniləri Qarabağdan heç kim silah gücü ilə çıxarmayıb

Naxçıvanda “Tibb tələbələri və gənc tədqiqatçıların respublika konfransı” keçirilir

Elm və təhsil naziri Londonda “Clarivate Analytics” şirkətinin rəhbərliyi ilə görüşüb

TikTok platformasının nümayəndə heyəti ilə Milli Məclisdə görüş keçirilib

Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi medal görüşünə çıxacaq

ALMA rəsədxanasının nümayəndələri BDU-da

TBMM-in Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının nümayəndə heyəti Milli Məclisdə olub

Plastik cərrahiyyə və digər estetik prosedurların keçirilməsinə dair hansı tələblər var?

Amerikalı qonaqlar azad edilən ərazilərdə köç prosesini ləngidən mina təhlükəsi barədə məlumatlandırılıblar

“Şamaxı” klubu Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Füzuli, Şuşa və Laçında olub

Qusarda əmək yarmarkası: 200-dək boş iş yeri, 1250 manatadək əməkhaqqı

BANM-də “Addım at” forumu keçirilib

Ankarada TÜRKPA ölkələrinin müdafiə və təhlükəsizlik üzrə əməkdaşlığının inkişafı yolları müzakirə edilib

Qobustan rayonunda yeni kənd həkim məntəqəsinin açılışı olub

Naxçıvan şəhərində mərkəzi kanalizasiya şəbəkəsinə qoşulmayan 100-dən çox yaşayış obyekti aşkarlanıb

“Pedaqoji Universitetin gələcək təhsil liderləri” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Kimya və kimya texnologiyası” mövzusunda lll respublika elmi konfransı işə başlayıb

Yığmanın baş məşqçisi: Parisə bütün komandaları məğlub etmək üçün gedəcəyik

Ermənistanın nicat yolu yalnız sülhdədir ŞƏRH

Bakıda “Gimnastika hamı üçün” adlı beynəlxalq turnir keçiriləcək

AQTİ ilə Ümum-Rusiya Bitki Karantini Mərkəzi arasında əməkdaşlıq genişləndirilir

İsmayıl Şıxlının əsərləri Türkiyə türkcəsində

Baş nazir Əli Əsədov İran İslam Respublikasında rəsmi anım mərasimində iştirak edib VİDEO

Bakıda keçirilən “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu başa çatıb

Qurban Yetirmişli: Azad olunmuş ərazilərdə geofiziki tədqiqatlar aparılmayıb

Görkəmli bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr edilmiş konsert olub

® “Birbank”dan daha bir yenilik: “Ninja” təklifi artıq mobil tətbiqdə