HEYDƏR ƏLİYEV MUZEYİ TİKİLİR
Hazırda parkın giriş hissəsində Heydər Əliyev muzeyi inşa olunur. Milli memarlıq üslubunda tikilən muzeydə dahi insan, türk dünyasının böyük oğlu Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən müxtəlif sənədlər nümayiş olunacaq, salonlar fəaliyyət göstərəcəkdir.
Heydər Əliyev muzeyi yerli inşaatçıların qüvvəsi ilə daxili imkanlar hesabına tikilir. Bina ümummilli liderimizin ad gününədək istifadəyə veriləcəkdir.