Heydər Əliyev Sarayında Xocalı faciəsinin qurbanlarının xatirəsi anılmışdır
Bakı, 26 fevral (AZƏRTAC). Heydər Əliyev Sarayında Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı faciə qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbir iştirakçıları əvvəlcə XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı soyqırımını özündə əks etdirən kitab və fotoşəkillərdən ibarət sərgiyə baxmışlar.
Xocalı faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edildiyi tədbiri giriş sözü ilə açan Heydər Əliyev Sarayının direktoru, Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayev bildirmişdir ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur.
Xocalıdan baş verən müsibətlərdən danışan F.Babayev bu faciənin heç zaman unudulmayacağını söyləmişdir.
Tədbirdə çıxış edən Xocalı sakini Fatma İsmayılova faciənin canlı şahidi kimi baş verənləri bir daha yenidən xatırlamışdır.
Sonda Xocalı soyqırımının dəhşətlərini əks etdirən “Xocalı qətliamı” sənədli filmi nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]