REGİONLAR
Heydər Əliyev Su Anbarına 200 min sazan balığı körpəsi buraxılıb
Naxçıvan, 5 oktyabr, AZƏRTAC
Biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə Heydər Əliyev Su Anbarına 200 min sazan balığı körpəsi buraxılıb.
Bu barədə AZƏRTAC-ın Naxçıvan bürosuna Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun, Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Balıqçılıq və Balıqçılıq Məhsulları qurumunun əməkdaşları və ekokönüllülər iştirak ediblər.
Həmçinin Uzunoba su anbarına 50 min sazan balığı körpəsi, eyni zamanda, kəklik və turac quşları təbiətə buraxılacaq.