Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Heydər Əliyev və Yeni Azərbaycan” mövzusunda konfrans keçirilib

Bakı, 9 dekabr, AZƏRTAC

Dekabrın 9-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Yeni Azərbaycan” mövzusunda konfrans keçirilib.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə əklil qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.

Sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, müasir müstəqil Azərbaycanın banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın Ümummilli Lideri, dünyaşöhrətli siyasi xadim və dövlət xadimi Heydər Əliyevin zəngin dövlətçilik irsinin tədqiqi, əbədiyaşayar ideyalarının öyrənilməsi, təşviqi və təbliği xüsusi əhəmiyyətə malik olmaqla daim aktual və vacib məsələlərdəndir. Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə elan edilmiş “Heydər Əliyev İli” çərçivəsində çoxsaylı tədbirlərin keçirilməsi də bu baxımdan müstəsna önəm kəsb edir.

YAP Sədrinin müavini diqqətə çatdırıb ki, Ulu Öndərin adı ilə bağlı olan və hazırda onun siyasi varisi Prezident İlham Əliyevin Sədrliyi ilə uğurla inkişaf edərək Azərbaycana böyük nailiyyətlər qazandıran Yeni Azərbaycan Partiyası da Heydər Əliyev ideyalarının təşviqi yönündə müxtəlif tədbirlər reallaşdırmaqdadır.

T.Budaqov bildirib ki, Heydər Əliyev siyasəti Azərbaycan xalqına ən dəyərli milli sərvətimiz olan dövlət müstəqilliyini bəxş edib, ölkəmizin demokratiya və sosial-iqtisadi inkişaf yolunda əmin addımlarla irəliləməsini, beynəlxalq münasibətlər sisteminin nüfuzlu dövlətinə çevrilməsini şərtləndirib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan amildir”. Bu gün qürur və iftixarla qeyd edirik ki, zamanın Ulu Öndərə başa çatdırmağa imkan vermədiyi işləri onun siyasi varisi İlham Əliyev müvəffəqiyyətlə yerinə yetirib, Heydər Əliyevin arzuları reallığa çevrilib. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etməsi ilə müasir dövlətçilik tariximizdə keyfiyyətcə yeni mərhələ başlanmış, ardıcıl nailiyyətlərə imza atılmış, xalq-iqtidar birliyi daha da möhkəmlənmiş, Azərbaycan regionda aparıcı güc mərkəzinə və lider dövlətə, ən əsası isə qalib ölkəyə çevrilmişdir.

O vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qalibiyyətin ardınca “Heydər Əliyev İli”ndə Prezident İlham Əliyevin komandanlığı ilə qazanılan növbəti hərbi-strateji və diplomatik Qələbə nəticəsində üçrəngli Bayrağımızın işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə dalğalanması, Azərbaycanın konstitusiya quruluşunun bərpası böyük mənəvi-siyasi əhəmiyyətə malik tarixi hadisədir.

Diqqətə çatdırılıb ki, cəmiyyətin bütün təbəqələrini təmsil edən vətənpərvər insanlar kimi, Azərbaycan gəncliyi də bu gün Ulu Öndərin ideyalarının reallaşmasında mühüm rola malikdir. Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasətinə qətiyyətli dəstək ifadə edən gənclərimizin dövlətçilik, azərbaycançılıq, vətənpərvərlik prinsipləri əsasında çalışmaları, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmələri Heydər Əliyev irsinə və ideyalarına sədaqət nümunəsi olmaqla yanaşı, Azərbaycanın inkişafına, qarşıda duran milli hədəflərin reallaşmasına önəmli töhfə kimi yüksək qiymətə layiqdir.

“Şübhə yoxdur ki, 2024-cü ilin fevralın 7-ə təyin edilmiş növbədənkənar prezident seçkiləri də yeni, müasir və müstəqil Azərbaycanın qurucusu olan Ümummilli Lider Heydər Əliyevin ideyalarına, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasətinə xalqın dəstəyinin növbəti təzahürü olacaq və bu seçkilərin yüksək vətəndaş fəallığı şəraitində, azad və demokratik keçirilməsinə Azərbaycan gəncliyi də öz töhfələrini verəcəkdir”,- deyə Tahir Budaqov vurğulayıb.

Sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev 2023-cü ilin ölkəmizin tarixində ən şanlı illərdən biri olduğunu vurğulayaraq deyib: “Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi xalqımızın tarixində şanlı səhifə kimi qalacaq. Azərbaycan tarixi yeni baxış əsasında öyrənilir, Ulu Öndərin ideyaları təşviq olunur”.

Emin Əmrullayev bildirib ki, müstəqil Azərbaycanın bugünkü inkişaf səviyyəsinə çatmasında, dünya birliyində layiqli yer tutmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. O qeyd edib ki, Ümummilli Liderin Azərbaycanda elm və təhsilin inkişafında xüsusi rolu var. Məhz Heydər Əliyev tərəfindən 1970-ci illərdə respublikamızda təhsil islahatlarına başlanılmışdı. On beş minə yaxın gəncin respublikadan kənarda - keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almasının dəstəklənməsi məhz Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə olub".

Nazir diqqətə çatdırıb ki, azərbaycanlı tələbələrin xaricdə təhsilinə dövlət dəstəyi Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş Dövlət Proqramı ilə davam etdirilib. Hədəf ölkəmizdə neft kapitalını insan kapitalına çevirməkdir. 2007-2015-ci illəri əhatə edən Dövlət Proqramına əsasən 3500-ə qədər gəncimiz nüfuzlu xarici ali məktəblərdə təhsil alıb. “Prezident İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu təhsil siyasətini uğurla davam etdirir. Son illərdə Azərbaycanda 3500-ə qədər məktəb tikilib və ya əsaslı təmir olunub. Bu gün Azərbaycan məktəblərində 300 mindən artıq şagird proqramlaşdırma dərslərinə, 100 mindən artıq şagird STEAM dərslərinə cəlb olunub. Ən böyük təhsil hadisələrindən biri "Zəfər tarixi" fənninin tədrisidir” ,- deyən Emin Əmrullayev qeyd edib ki, bu gün təhsilimizin təməlində azərbaycançılıq ideologiyası və milli-mənəvi dəyərlərimiz dayanır.

E.Əmrullayev deyib ki, ən mühüm hadisələrdən biri Xankəndi şəhərində Qarabağ Universitetinin təsis edilməsidir. Artıq gələn il sentyabrın 15-i tələbələrimizi Xankəndidə görmək istiqamətində işləyirik. Atributların, proqramların, müəllim heyətinin profilinin hazırlanması istiqamətində müəyyən işlərimiz başlayıb. Eyni zamanda, Qarabağ Universitetinin məqsədi digər universitetlərlə rəqabət yaratmaq yox, Azərbaycanın digər universitetlərini bir dəyər ətrafında birləşdirib əməkdaşlıq etmək olacaq.

YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əskərov çıxışında bildirib ki, Prezident İlham Əliyevin 2023-cü ili ölkəmizdə “Heydər Əliyev İli” elan etməsi xalqımız tərəfindən böyük sevinclə qarşılanıb. O deyib ki, ötən əsrin 70-ci illərindən XXI əsrin əvvəllərinədək ölkəmiz üçün taleyüklü bir dövrdə öz adını əməlləri, cəsarətli addımları və milli təfəkkürü ilə Azərbaycan tarixinə həkk etmiş Heydər Əliyevin çoxşaxəli fəaliyyəti xalqımızın taleyində əbədi iz qoyub.

Qeyd edilib ki, Ulu Öndərin liderlik qabiliyyəti, fenomenal hafizəsi, nüfuzedici natiqlik bacarığı, dərin və ətraflı biliyi ona əsaslı qərarlar qəbul etməyə, insanların beyninə və qəlbinə asanlıqla yol tapmağa, geniş xalq kütlələri ilə istənilən səviyyədə ünsiyyət qurmağa və onları öz arxasınca aparmağa imkan verirdi. “Əsrin müqaviləsi” ilə reallaşdırılan həlledici neft strategiyası Azərbaycanın uzunmüddətli inkişafına yol açıb, ölkənin siyasi, iqtisadi qüdrətini artıraraq, sonrakı illərdə onun təşəbbüsü və liderliyi ilə regionun və Avropanın enerji təhlükəsizliyini təmin edəcək neçə-neçə yeni transmilli enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə şərait yaradıb. Bu gün Azərbaycan özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca dövlətlərdən birinə çevrilib”.

V.Əskərov deyib ki, Ümummilli Lider özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq gərgin siyasi fəaliyyəti ilə 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi Qələbənin təməllərini yaradıb. Vətən müharibəsində qazandığımız Zəfər bütün dünyaya əyani olaraq bir də onu göstərdi ki, müasir, qüdrətli və qalib Azərbaycanın sağlam bünövrəsi yaradılıb, milli ruhda tərbiyə almış, vətənpərvər gənc nəsil yetişib.

Sonra tədbirdə Yeni Azərbaycan Partiyasının media orqanı olan Yeni TV-nin hazırladığı “Heydər Əliyev və Yeni Azərbaycan” adlı film nümayiş olunub.

Daha sonra çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Kamal Cəfərov əvvəlcə “Heydər Əliyev siyasi məktəbi” layihəsi haqqında məlumat verib.

O qeyd edib ki, Heydər Əliyev Azərbaycanın inkişaf yolunu, xarici siyasətini, ordu quruculuğu strategiyasını müəyyənləşdirib. “Ulu Öndərin ən böyük xidmətlərindən biri isə əsasını qoyduğu müstəqil Azərbaycanın uğurlu inkişafının davamlılığını təmin etmək, gələcək siyasi varisini hazırlamaq idi. Məhz Heydər Əliyevin siyasi varisi, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olundu, Azərbaycan bütövləşib”, - deyə deputat bildirib.

YAP Veteranlar Şurasının üzvü Əli Həsənov çıxışında bildirib ki, Heydər Əliyev həm SSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi zaman müstəsna fəaliyyət göstərib, misilsiz işlər görüb.

O deyib ki, Ulu Öndər Heydər Əliyevin güclü iqtisadiyyat və güclü ordu quruculuğu istiqamətində həyata keçirdiyi siyasət Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasına hesablanmışdı və belə də oldu. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin siyasətini ölkənin, xalqın mənafeyi naminə uğurla davam etdirir. Azərbaycan dövlətinin öz torpaqlarını işğaldan azad etməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması Heydər Əliyev siyasətinin və Prezident İlham Əliyevin iradəsinin təntənəsidir”.

Çıxış edən “Heydər Əliyev siyasi məktəbi” layihəsinin iştirakçısı Nuranə Hüseynzadə şəhid bacısı kimi Heydər Əliyevin həyatını, siyasi irsini öyrənməyi özünə mənəvi borc hesab etdiyini deyib. Bildirib ki, layihə ərzində Ulu Öndərin gənclik illəri ilə bağlı Naxçıvandakı görüşlərdən başlayaraq bu günədək Heydər Əliyevin həyatının hər dövrünü öyrənib, Ulu Öndəri şəxsən tanıyıb, hətta onun rəhbərliyi altında işləmiş şəxslərlə görüşlər keçiriblər.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Sonda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrinin ifasında bədii hissə təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Batumidə şəhidlərin xatirəsi anılıb

Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

Şəhid pilot Abbas Qasımovun anası: Mən bir oğul itirmədim, 30 illik dostumu, sirdaşımı itirdim

Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub VİDEO

Nyu-York şəhərində on minlərlə insan fırtına səbəbindən elektriksiz qalıb

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Yalçın Rəfiyev: Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır

“Əbədi yaşayanlar” - Marneulidə şəhidlərin xatirəsi anılıb

Naxçıvan şəhərində şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası təşkil edilib

İran Prezidenti: Məkkə Müdafiə Sazişi müsəlman birliyinə doğru müsbət addım ola bilər