Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyevin 100 illiyinə beş məktub

Heydər Əliyevin 100 illiyinə beş məktub

Bakı, 11 may, AZƏRTAC

Son 100 ildə dünyaya çoxlu, bəlkə də yüzlərlə dövlət başçısı - prezident gəlib, gedib. Tarixdə yaxşı mənada kimlərin adı qalıb? Çox düşünmədən xatırlanan adlar barmaqla sayılacaq qədər azdır: Mustafa Kamal Atatürk, Franklin Ruzvelt, Uinston Çörçill... Bu sırada dünyaşöhrətli siyasətçi, çağdaş Azərbaycanın memarı və qurucusu, Ulu Öndər səviyyəsinə yüksəlmiş Heydər Əliyev də var. Onun keçdiyi ömür yolu, zaman və məkan hüdudlarını aşan siyasi fəaliyyəti, dövlətçilik təcrübəsi və idarəetmə məharəti müasirləri üçün tükənməz mövzu olub. İndi də belədir. Saysız-hesabsız qəzet yazıları, kitablar, filmlər...

Yazılmayan, deyilməyən nə qalıb? Demək çətindir. Odur ki, mövzuya bir qədər fərqli prizmadan yanaşmaq, çox da populyar olmayan formadan - məktub janrından istifadə etmək istədik.

“Heydər Əliyevin 100 illiyinə məktub” adlı bu yazını Ulu Öndər barədə jurnalist düşüncələri kimi qəbul etmək olar.

1-ci məktub. Azərbaycan intibahının müəllifi Heydər Əliyev

Azərbaycan öz tarixinin ən taleyüklü, möhtəşəm yüksəliş dövrünü yaşamaqdadır. Dünya miqyasında götürsək, yəqin ki, Azərbaycan qədər sürətlə inkişaf edən ölkə tapılmaz. Bu intibahın müəllifi Ulu Öndər Heydər Əliyevdir.

Siyasət mümkün olanı etmək elmidir - mübahisələndirmək olmaz. Azərbaycan 70 il SSRİ adlı imperiyanın tərkibində yaşadı. Bununla belə, həmin dövrdə respublikamıza 14 il rəhbərlik edən Heydər Əliyev sözün əsl mənasında yeni bir tarix yazdı. 1969-cu ilədək ətalət içində olan Azərbaycanı silkələyib sanki yuxudan oyatdı. Dönuşə keçid prosesini başlatdı.

On dörd ildə nələr dəyişmədi? Təkcə gözlə görünənlərə baxaq. Yarım əsrdə - 1920-ci ildən 1969-cu ilə qədər Bakıda gözədəyən nə tikilmişdi? Görən-bilən varsa desin. Cəmi 14 ildə isə paytaxtımıza bu gün də yaraşıq verən Gülüstan Sarayı, Heydər Əliyev Sarayı tikildi. Əhmədli, Günəşli kimi böyük yaşayış massivləri, mikrorayonlar salınmağa başlandı, on minlərlə insan mənzil sahibi oldu. Yeni metro stansiyaları, zavodlar, fabriklər, mədəniyyət evləri, məktəblər...

Minlərlə azərbaycanlı gənc SSRİ-nin ali məktəblərində təhsil almağa göndərildi. Elm, mədəniyyət sahələrində görünməmiş sıçrayış baş verdi. Bu, sözün əsl mənasında intibah idi və bunu bir başqası yox, məhz Heydər Əliyev etdi. Sonralar isə Kremldə vəzifə tutarkən şəxsi nüfuzundan istifadə edib ittifaq əhəmiyyətli bir sıra layihələri Azərbaycana yönəltdi.

Ulu Öndər o vaxt nə mümkündürsə etdi, hətta mümkün olandan artığını etdi: kül altındakı milli ruhu oyadır, milli dirçəlişin qığılcımlarını gizlicə alışdırırdı. Hətta opponentləri belə, bundan söz düşəndə susurlar, çünki arqumentləri yoxdur. Sonradan məlum oldu ki, bunlar gələcək günə - Azərbaycanın müstəqilliyinə hesablanmış müdrik gedişlər idi.

Tarixin səhifələrini vərəqləyin, 14 müttəfiq respublikanın hansı birinin lideri bunu bacarmışdı? Heydər Əliyevdən başqa heç kim...

2-ci məktub. Milli ruhu oyadan Heydər Əliyev

Tarixin səhifələrini vərəqləsək görərik ki, istər Azərbaycan SSR-ə rəhbərlik edərkən, istərsə də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən Heydər Əliyevin siyasi baxışları, xüsusən milli məsələdə atdığı addımlar mərkəzi hakimiyyətin mövqeyi ilə təzad təşkil edirdi.

Misal üçün, ana dili məsələsi, milli məsələlər. Bir milləti yox etmək üçün onun dilini əlindən almaq yetər. Bu, ənənəvi, klassik imperiyaların müstəmləkəçilik siyasətinin tərkib hissəsidir. Heydər Əliyev dilimizi qorumaq üçün mümkün olan hər şeyi edirdi. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında ana dilimizə dövlət statusu verildi. Mərkəzi hökumət etiraz edirdi: Sizə baxıb başqaları da belə edəcək. Müqaviməti dəf edən Ulu Öndər uzun çək-çevirdən sonra Konstitusiyaya Azərbaycan dilinin dövlət dili olduğunu təsbit edən maddə daxil edilməsinə nail oldu.

Heydər Əliyev ana dilini yaxşı bilir, Azərbaycan dilində çox səlis danışırdı. Bir dəfə çıxışından sonra yazıçılardan biri ona yaxınlaşıb tərif söyləmişdi: Siz Azərbaycan dilində necə də gözəl danışırsınız. Ulu Öndərın cavabına fikir verin: O təəccüblü olardı ki, mən öz ana dilimdə yox, başqa dildə gözəl danışım.

Bu, rus dilinin SSRİ ərazisində - 14 müttəfiq respublikada hökmran olduğu bir dövrün hekayəsidir.

Vaxt gəldi, Kremldə Heydər Əliyevə həsəd hissləri baş qaldırdı (“Bir həsədin tarixçəsi” filmini xatırlayaq). Ona qarşı münasibətin 180 dərəcə dəyişməsinin səbəbi təkcə həsəd idimi? O, ermənipərəst baş katib Mixail Qorbaçova məkrli planlarını həyata keçirməkdə mane olurdu. Bəlkə də Moskvada duyuq düşmüşdülər ki, Heydər Əliyev Azərbaycanı çoxdan müstəqilliyə hazırlayır (məsələn, C. Naxçıvanski adına hərbi məktəbin açılması, güc strukturlarına milli kadrların yerləşdirilməsi və sair). Onu istefa verməyə məcbur etdilər, az qala ev dustaqlığı vəziyyətinə saldılar, hər addımını izləməyə başladılar. Təqib və təzyiqlər bununla da bitmədi.

Şübhəli infarkt diaqnozu, qurama “pambıq işi”... Heydər Əliyevi fiziki cəhətdən yox etmək, yaxud həbsə atmaq, siyasi səhnədən birdəfəlik silmək istəyirdilər. Vaxtilə erməni mafiyasının (“məşhur prokurorlar” Qdlyan və İvanov) Özbəkistana və Şərəf Rəşidova (Özbəkistan KP MK-nın baş katibi) qarşı planı bu dəfə Azərbaycana və Heydər Əliyevə yönəldildi.

Bakıdan Moskvaya donoslar ötürüldü, mərkəzi mətbuatda və yerli qəzetlərdə çirkin kampaniya başladıldı. Bacarmadılar. Yenilməz Heydər Əliyev mübarizədən bu dəfə də qalib çıxdı, saxta ittihamlar sabun köpüyü kimi əriyib getdi.

Heydər Əliyevsiz keçən günlərdə başımıza nələr gəlmədi: Qarabağda separatizm baş qaldırdı, 20 Yanvar qırğını törədildi, torpaqlarımızın işğalına rəvac verildi.

Onun Azərbaycana qayıtmaq istəyindən xəbər tutan Kremldən respublika rəhbərliyinə göstəriş gəldi: Heydər Əliyevi Bakıya buraxmayın.

Bakıya yolu kəsilən Ulu Öndər Naxçıvana getməli oldu. Vaxtilə sətiraltı ifadə edilən dissident baxış (“Qoy ədalət zəfər çalsın” məqaləsi - “Literaturnaya qazeta”) açıq müstəviyə keçdi. Heydər Əliyevin təşəbbüsü ilə muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri silindi, milli bayrağımız ilk dəfə rəsmən Naxçıvanda qaldırıldı. Bakıdan fərqli olaraq, Naxçıvan SSRİ-nin saxlanması barədə referenduma getmədi.

3-cü məktub. Xilaskar Heydər Əliyev

1993-cü il hadisələri əslində sənədli bir roman (tarixlərin üst-üstə düşməsi Viktor Hüqonun “Doxsan üçüncü il” romanını yada salır), yaxud qorxu filmi üçün mövzu ola bilər. Xaos, hakimiyyət böhranı, vətəndaş qarşıdurması... Gəncədə qardaş qardaşa güllə atmağa başlamışdı. Təhlükə günbəgün böyüyürdü. Qiyamçıların Gəncədən paytaxta doğru irəliləməsi ilə hadisələr pik həddinə yaxınlaşdı. Azərbaycan uçurumun bir addımlığında idi.

Silahların danışdığı yerdə sözə yer qalırmı? Ümidi üzülməkdə olan xalq iqtidarı istefaya çağırırdı: “Bacarmadınız. Gedin”. Bəs qardaş qanı axıdılmasını kim dayandıra bilərdi? Azərbaycanın başı üstündən qara buludları dağıtmağa kimin iradəsi, gücü çatardı? Gözlər Naxçıvana dikilmişdi - xilaskar orada idi.

Xalq Heydər Əliyevin hakimiyyətə gəlməsini (gətirilməsini) təkidlə tələb edirdi. Başqa çıxış yolu görməyən iqtidar Naxçıvana ismarış göndərməyə məcbur oldu. Canı qədər sevdiyi Vətənin, doğma xalqının düşdüyü ağır vəziyyətə biganə qala bilməyən Ulu Öndər Bakıya qayıtmağa qərar verdi.

O xalqlar zamanın sərt sınaqlarından az itki ilə çıxa bilirlər ki, ümummilli lider kimi qəbul edilən, ən çətin məqamda millətin taleyi üçün məsuliyyəti üzərinə götürə bilən liderləri olur. Tale Azərbaycan xalqına da Ulu Öndərin simasında belə bir lider bəxş etmişdi.

Heydər Əliyev əslində siyasətdən uzaqlaşmaq, həyatının qalan hissəsini sakit, qovğalardan uzaq keçirmək istəyirdi (səhv etmirəmsə, 1980-ci ilin sonlarında mətbuata müsahibələrinin birində belə demişdi). İndi isə onu xalq köməyə çağırırdı, o, millətin son ümid yeri idi.

1993-cü il iyunun 9-u, Binə hava limanı. Xilaskarı Naxçıvandan gətirən təyyarə Bakıya enir. Burada onu böyük izdiham qarşılayır. Ön sıradakı plakatlardan biri diqqət çəkir: “Heydər baba, bizi bu bəladan qurtar”. Yol böyü düzülən insanlar onu salamlayır, gözlərdə ümid qığılcımları parlayır. İyunun 15-də müasir tariximizə Dirçəliş Günü kimi yazılan, səbirsizliklə gözlənilən hadisə baş verir. Heydər Əliyev Ali Sovetin sədri seçilir və hamı dərindən nəfəs alır...

Problemlər üst-üstə qalaqlanmışdı. İqtisadi-sosial böhran, üç-dörd rəqəmli inflyasiya, qeyri-sabitlik, başıpozuq ordu, daha nələr və nələr. Dövlət xəzinəsi bomboş, maliyyə imkanları sıfır. Qarşıda əzab-əziyyətli yol, keçilməsi mümkünsüz görünən maneələr dururdu.

Nədən başlamalı? Dirçəliş və inkişaf yolu sabitlikdən keçirdi. Ulu Öndər məhz bundan başladı. Qısa müddətdə yüzlərlə cinayətkar dəstə zərərsizləşdirildi, əllərdə qanunsuz saxlanan on millərlə silah yığıldı, nizami ordu yaradılması istiqamətində ilk addımlar atıldı. Qayıdışdan cəmi bir il üç ay sonra dünyaya səs salan, “Əsrin müqaviləsi” adlanan neft sazişi imzalandı. Tunelin sonunda işıq göründü.

Heydər Əliyev BP, Amoco, Lukoil, Statoil, Exxon kimi məşhur şirkətləri sabitliyin hələ tam bərqərar olmadığı ölkəyə yatırılan sərmayənin hədər getməyəcəyinə necə inandıra bilmişdi? Bu, ayrıca bir söhbətin mövzusudur.

Bədxahlarımız gözləmə mövqeyi tutmuşdu. Düşünürdülər ki, Azərbaycanı düşdüyü vəziyyətdən heç Heydər Əliyev də çıxara bilməz. “Əsrin müqaviləsi” imzalananda yanıldıqlarını anladılar. Məkrli planlar işə düşdü (terrora, dövlət çevrilişinə cəhdlər). Onu qorxutmaq, yaxud devirmək, hətta öldürmək istəyirdilər. Həyatı mübarizələrdə keçmiş, polad kimi bərkimiş Heydər Əliyevi qorxutmaq, yolundan döndərməkmi olardı?

Ulu Öndər gücünü xalqdan alırdı. Dövlətçiliyimizin başı üstünü təhlükə alanda bir çağırışına yüz min insan səs verdi. Cəsur ürəkli, dəmir iradəli Heydər Əliyev xalqın görünməmiş dəstəyi ilə xain planları puça çıxardı. Daxili və xarici düşmənlərin kartları bir-birinin ardınca vuruldu.

Üç dəniz əfsanəsi adlandırılan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri inkişafa aparan yolda növbəti addım odu. Heydər Əliyev daha neçə-neçə xəyalı, arzunu reallığa çevirdi, xilaskarlıq missiyasını mətanətlə, axıradək yerinə yetirdi.

4-cü məktub. Qurucu və islahatçı Heydər Əliyev

Ulu Öndərin adı tariximizə, eyni zamanda, qurucu və islahatçı rəhbər kimi yazılıb. O, qurub-yaratmaqdan zövq alır, daim yeniliyə can atırdı. Müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə isə zamanın çağırışlarından irəli gələn islahatları necə qətiyyətlə və uğurla həyata keçirməsinin şahidi olduq.

Bir-birindən tam fərqli iki quruluşdan - sosializmdən bazar iqtisadiyyatına keçid radikal addımlar, inqilabi islahatlar tələb edirdi. Nə gecikmək olardı, nə də tələsmək. Qarşıda uzun və keçilməmiş yollar, sərt döngələr dayanırdı. Milli dövlət qurmağın, siyasi-iqtisadi, ictimai və sosial münasibətləri kökündən dəyişməyin bütün ağırlığı Heydər Əliyevin çiyinlərinə düşürdü. Burada da onun dərin bilik və təcrübəsi, müdrikliyi köməyə gəldi.

Demək olmaz ki, hər şey rəvan gedirdi. Amma əsas olan nəticədir. Nəticə ideal alındı - çətin və mürəkkəb yol, hava-su kimi vacib olan islahatlar prosesi, keçid dövrü ciddi sarsıntılar olmadan başa vuruldu.

Mövzu çox geniş olduğundan əhalinin, cəmiyyətin daha geniş təbəqəsinə təsir edən iki radikal islahatı xatırlatmağı məqbul saydıq.

Ulu Öndər torpağı əsl sahibinə - kəndliyə vermək barədə düşünür, bunun nə ilə nəticələnə biləcəyini götür-qoy edirdi. 1999-cu il idi. Keçmiş SSRİ-dən ayrılan 14 respublikanın hələ heç biri buna getməmişdi. Kolxozu, sovxozu ləğv edib torpağı verdik kəndliyə. Nəticəsi nə olar, ərzaq qıtlığı yaranmazmı? Üstəlik, necə edəsən ki, bölgü ədalətli olsun, torpaq davası düşməsin? Suallar çox idi.

İstənilən yenilik, xüsusən transformasiya xarakterli islahatlar adətən birmənalı qarşılanmır, polemika doğurur. Heydər Əliyevin torpağı kəndliyə vermək təşəbbüsünün həm lehinə olanlar, həm də buna şəkk edənlər vardı. Ortaya arqument qoyulurdu: kənd təsərrüfatı dağılıb gedəcək, ölkədə ərzaq çatışmayacaq.

Heydər Əliyev hər iki tərəfi səbirlə dinləyirdi. Madam ki, belədir, qoy son sözü xalq desin. Layihə ümumxalq müzakirəsinə çıxarıldı və çoxluq “hə” dedi. Beləliklə, prosesə start verildi.

“Biz torpaq islahatlarının aparılmasında radikal tədbirlərə əl atmışıq. Deməliyəm ki, nəticə idealdır. Özü də bu, hələlik başlanğıcdır”, - torpaq islahatının gedişinə Ulu Öndərin verdiyi ilkin qiymət belə oldu.

Təbii ki, proses çətin gedirdi. Məsələ çox həssas olduğundan bəzən mübahisəli vəziyyət yaranır, bəzi yerlərdə ədalətsizliyə yol verilirdi. Torpaq bölgüsü aparan vəzifəli şəxslərin sui-istifadə hallarına yol verməsi də istisna deyildi.

İşin mürəkkəbliyinə, qarşıya çıxan çətinliklərə baxmayaraq, Ulu Öndər kəndlini torpaq sahibi etdi. MDB məkanında torpaq islahatı ilk dəfə məhz Azərbaycanda reallaşdı.

Radikal islahat nəticəsində 2 mindən çox kolxoz və sovxoz ləğv edildi. Kollektiv təsərrüfatlara məxsus münbit torpaqlardan 870 min ailəyə (təxminən 3,5 milyon insana) pay düşdü. Heydər Əliyev böyük uzaqgörənliklə deyirdi: Azərbaycanda aqrar sahənin inkişafı, ərzaq bolluğu torpaq islahatlarının nəticələrindən asılı olacaq.

Belə də oldu. Son statistik məlumat: Azərbaycan özünü mal əti ilə 92 faiz, qoyun, quş əti və yumurta ilə 100 faizə yaxın, süd və süd məhsulları ilə 80 faiz təmin edir. İdxaldan asılılıq getdikcə azalır, bazarda bolluq artır. Bu statistika və bolluq fonunda 1990-cı illərin əvvəllərindəki acı mənzərə yada düşür: talon sistemi, ət, yağ almaq üçün düzülən uzun növbələr, mağazaların boş rəfləri...

Heydər Əliyevin ikinci radikal, hətta gözlənilməz addımı latın qrafikalı əlifbaya tam keçid oldu. Latın qrafikasına keçid qərarı hələ 1991-ci ilin dekabrında qəbul edilmişdi. Aradan on ilə yaxın vaxt ötsə də, proses çox ləngiyirdi. Müəyyən tərəddüdlər vardı: insanlar yeni əlifba ilə necə yazıb-oxuyacaq, cəmiyyət buna hazırdımı? Neçə illər idi ki, qəzetlər sərlövhələri latın, mətnləri kiril əlifbası ilə verirdi.

Prezident Heydər Əliyevin “Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərmanı ətalət buzunu sındırdı, tərəddüdlərə və gözləmə mövqeyinə son qoydu. Latın əlifbasına tam keçid üçün son müddət elan olundu - avqustun 1-i. Fərman müxaliflər tərəfindən, necə deyərlər, top-tüfənglə qarşılandı: Heydər Əliyev xalqı hara aparır, kirilə vərdiş etmiş insanlar latın əlifbası ilə necə yazıb-oxuyacaq? Bəziləri də başladı kiril əlifbasında çap olunmuş kitablara yas tutmağa.

Ulu Öndər də bilməmiş deyildi ki, ilk vaxtlar çətinlik olacaq, bəzi kitabları yenidən nəşr etmək lazım gələcək. Amma latın qrafikasına keçidin sürətlənməsi zamanın çağırışı idi və Heydər Əliyev kimi müdrik rəhbər buna biganə qala bilməzdi. Çox keçmədən hər şey yoluna düşdü. Azərbaycan insanı yeni əlifbada yazıb-oxumağı öyrəndi, gərəkli, vacib kitablar yenidən çap olundu. Bu cəsarətli, müdrik qərar Azərbaycanda hökm sürən 62 illik “kiril dövrünü” sonlandırdı, bizi sivil dünyanın (xüsusən qardaş Türkiyənin) istifadə etdiyi mükəmməl əlifbaya qovuşdurdu.

1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş türk respublikaları arasında 22 il bundan əvvəl latın əlifbasına keçən ilk ölkə Azərbaycan oldu. Baxın, Qazaxıstan, Özbəkistan kimi böyük rk dövlətləri və qeyriləri latın qrafikasına keçmək haqqında hələ indi düşünürlər.

5-cü məktub. Zəfərlərimizin memarı Heydər Əliyev

Möhtəşəm Zəfər! Memarı Ulu Öndər olan misilsiz Qələbə!

Bir tərəfdə 30 il davam edən işğal - xalqın nisgili və acıları, digər tərəfdə qüruru bəlkə də 300 ilə yetən şanlı Vətən müharibəsi. O müharibə ki, məğlub xalq damğasını üstümüzdən götürdü, Azərbaycanı qalib ölkəyə çevirdi.

Tarixi vərəqləyin: son yüz ildə yalnız torpaq itirə-itirə gəlirdik - Cümhuriyyət dövründəki (1918-ci il) 114 min kvadratkilometr ərazimizdən 86,6 min kvadratkilometri qalmışdı. Azərbaycan torpaqları hesabına dövlət qurmuş ermənilər bununla da kifayətlənmədi, sonradan fürsət düşdükcə yeni-yeni ərazilər ələ keçirdi. Üstəgəl Birinci Qarabağ müharibəsi zamanı itirilmiş daha 20 faiz torpaq.

Otuz ildən sonra yaranmış mənzərəyə baxaq: bir tərəfdə darmadağın edilmiş Ermənistan ordusu, digər tərəfdə qalib Azərbaycan əsgəri. Cəbhənin bir tərəfində Müzəffər Ali Baş Komandan İlham Əliyev, digər tərəfində kapitulyasiya aktına imza atmağa məcbur olan, başını gizlətməyə yer tapmayan baş nazir Nikol Paşinyan... Bu, XXI əsrin müharibəsi idi - “məğlubedilməz” erməni ordusu mifini yerlə bir edən, Azərbaycan xalqının qəhrəmanlığını, yenilməz iradəsini və əzmini dünyaya nümayiş etdirən bir müharibə. Prezident ilk gündən qətiyyətlə deyirdi: Bizi heç kim dayandıra bilməz. Biz bu yolu sona qədər gedəcəyik! İlk mesajlardan biri də bu oldu: Şuşasız bizim işimiz yarımçıq qalar.

Uzaq və yaxın tariximizdə buna bənzər qələbə olubmu? Bəlkə möcüzə baş vermişdi? Yox, qanlı döyüşlərdə möcüzə, yaxud təsadüflər olmur. Bu, fenomen idi - Vətən müharibəsi, xüsusən Şuşa əməliyyatı öz unikallığı ilə hətta dünya hərb tarixinə yazıldı. Ordumuz müharibənin gedişində bir addım da geri atmadan yalnız irəli getdi. Erməni ordusunda 10 min fərari olduğu halda, Azərbaycan Ordusunda bir əsgər də döyüş meydanından qaçmadı.

Əslində Azərbaycan İkinci Qarabağ müharibəsinə çox-çox öncədən hazırlıq görürdü. Yəni bu bir ayın, bir ilin, beş ilin işi deyildi. Ağıllı sərkərdə qoşuna o vaxt hücum əmri verir ki, nəticəni qabaqcadan görür, qüvvələr nisbətini düzgün dəyərləndirir. Müasir dövrün müharibəsi isə hərbi hazırlıqla yanaşı, diplomatik hazırlıq da tələb edir ki, təklənməyəsən, beynəlxalq ictimai rəyi özünə qarşı yönəltməyəsən. Mənasız, hətta zəhlətökən danışıqlardan boyun qaçıraraq silaha əl atmaq birmənalı qarşılanmaya bilərdi. Vecsiz, məqsədi status-kvonu qoruyub saxlamaq olan Minsk qrupu hərb variantını təkidlə istisna edirdi: münaqişə yalnız danışıqlar, sülh yolu ilə nizamlana bilər. Bəs qarşı tərəf ipə-sapa yatmırsa, beynəlxalq hüquq işləmirsə, ədalət gözgörəsi pozulursa, onda necə? Daha 30 ildəmi gözləməliydik?

BMT-nin məlum dörd qətnaməsi nəinki icra olunmur, heç yada belə düşmürdü. Xalqın da, Prezidentin də səbir kasası daşır, həqiqət anı addım-addım yaxınlaşırdı. Sadəcə olaraq, vaxt və məqam düzgün seçilməli idi. Təfərrüata varmağa ehtiyac yoxdur: nəticəsi artıq göz önündə olan həmin məqam 2020-ci ilin sentyabrında yetişdi.

Qarabağ Zəfərinin memarı Heydər Əliyev olan, illər uzunu kərpic-kərpic yığılan, belə demək mümkünsə, zəlzələyə, tufana davamlı binaya bənzətmək olar. Ulu Öndərin hər bir çıxışında, hər bir söhbətində və müsahibəsində bu mövzu ana xətt kimi keçirdi: Biz nəyin bahasına olursa-olsun, Qarabağa qayıdacağıq, biz heç vaxt imkan verə bilmərik ki, Azərbaycan torpaqlarında ikinci erməni dövləti qurulsun.

Bu gün güc amilinin beynəlxalq hüququ üstələdiyi aydın görünür. Kim güclüdürsə, onun sözü keçir, dünya onunla hesablaşır. Buna görə də Heydər Əliyevin hədəfi Azərbaycanı qüdrətli dövlətə çevirmək, güclü ordu yaratmaq idi. Qarabağ Zəfərinə gedən yolun başlanğıcı nəticəyə hesablanmış bu strategiya ilə qoyuldu.

Müasir dövrün müharibələri hibrid xarakterlidir. Savaş eyni vaxtda azı üç cəbhədə - hərb meydanında, diplomatiya və informasiya müstəvisində gedir. Əvvəlcə Ulu Öndərin, sonrakı illərdə Prezident İlham Əliyevin göstərdiyi səylər hədər getmədi. Beynəlxalq ictimaiyyətin rəyi tədricən də olsa müsbətə doğru dəyişdi. Azərbaycan lideri müharibənin gedişində xarici KİV-ə 30-a yaxın müsahibə verdi. Onun dəmir məntiqi, təkzibolunmaz arqumentləri qarşısında heç kəsin deməyə sözü qalmadı. Bu da qısamüddətli müharibələr zamanı təsadüf olunan nadir hadisədir və Qarabağ zəfərində silahdan heç də az rol oynamadı.

İkinci Qarabağ müharibəsində qazanılmış ləbə yeni reallıqlar yaratdı. İndi Ermənistan da, dünyanın əsas güc mərkəzləri də bu reallıqla istər-istəməz hesablaşır. Prezident bir neçə gün əvvəl Şuşadan Ermənistana və havadarlarına növbəti açıq mesajlar verdi. Ulu Öndərin 100 illik yubileyi ərəfəsində Füzuli, Hadrut, Xocavənd, Cəbrayıl, Qubadlı, Ağdam, Laçın, Zəngilan və Şuşada neçə-neçə obyektin açılışı oldu, yeni infrastruktur layihələrinin təməli qoyuldu.

Bu yerlərə yenidən həyat qayıdır, Azərbaycan düşmənin başdan-başa dağıtdığı nəhəng ərazini öz imkanları hesabına, kənardan bir manat da almadan bərpa edir. Hərb meydanında qazanılan fər  addım-addım möhkəmlənir, yeni müstəvilərə adlayır. Qarabağdan hər gün nikbinlik doğuran xəbər gəlir.

Məktublara sözardı

Nəyi necə və nə vaxt etməli? Həyat bir daha təsdiqlədi ki, bu, istənilən qələbədə vacib şərt, uğur qapılarının açarıdır.

Ulu Öndər nəyi necə və nə vaxt etmək lazım gəldiyini yaxşı bilirdi (torpaq və əlifba islahatları, Qarabağ münaqişəsinin həlli üçün münasib vaxt və şəraitin yetişməsi). Bunu Prezident İlham Əliyev də yaxşı bilir. Vətən müharibəsi üçün vaxtın seçilməsi, postmüharibə dövründə ordumuzun mühüm strateji mövqelərdə möhkəmlənməsi, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması və digər vacib addımlar buna ən son misallar ola bilər.

Bu gün dünya geosiyasi situasiyanın sürətlə dəyişdiyi, münaqişə və ziddiyyətlərin son dərəcə kəskinləşdiyi (Ukraynada müharibə, NATO-Rusiya, Avropa İttifaqı-Rusiya qarşıdurması, üçüncü dünya müharibəsi təhlükəsi), qarşıya hər an yeni çağırışların çıxdığı mürəkkəb bir dönəmdən keçir. Çox həssas və strateji nöqtədə, böyük güclərin maraqlarının toqquşduğu bölgədə yerləşən Azərbaycanı qarşıda nə gözləyir?

Çətinliklər olacaq, qarşıya gözlənilən və gözlənilməyən maneələr çıxacaq. Olsun. Heydər Əliyevin əbədiyaşar ideyaları və zəngin irsi qalib gəlmək məktəbidir. Xalq bu məktəbin istedadlı yetirməsi olan Prezident İlham Əliyevə tam inanır, etimad göstərir: Nəticəyə hesablanmış strateji-taktiki gedişlər, məqamında qəbul olunan siyasi-hərbi qərarlar, hədəfə çatmaq üçün atılan qətiyyətli addımlar və diplomatik məharət. Bütün bunlar istənilən çətinlik və maneənin dəf ediləcəyinə əminlik yaradır, qarşıdakı yeni zəfərlərdən soraq verir.

Elman Qədirli

AZƏRTAC-ın baş redaktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 100-ü ötüb

Qalibaf: İranın məqsədi münaqişəyə son qoymaqdır

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır

Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasındakı müsbət dinamika regionda sülhə xidmət edəcək

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ

Mayda elektrik enerjisi istehsalının 33 faizi bərpaolunan mənbələrin payına düşüb

ADY: Ötən ay 1,6 milyon tondan çox yük daşınıb

Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb

Hakan Fidan: Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycanla sıx koordinasiya şəraitində davam edir

Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH

Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir

AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub

Böyük Britaniyanın Baş naziri 16 yaşdan kiçik uşaqlar üçün “zərərli” sosial medianı qadağan edəcək

Azərbaycanda bu günə qədər 888 uşaq övladlığa verilib

Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib