Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyevin qarşıya qoyduğu strateji hədəflərdən biri yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsi idi

Heydər Əliyevin qarşıya qoyduğu strateji hədəflərdən biri yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsi idi

Bakı, 30 yanvar, AZƏRTAC

Ötən əsrin 70-ci illərindən etibarən 30 ildən artıq bir müddətdə Azərbaycanda elm, təhsil, mədəniyyət və iqtisadiyyatın təşəkkülü və inkişafı bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlı olub. Ulu Öndərin qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə milli tərəqqinin təmin olunmasına öz töhfələrini verməkdədir.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi isə dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı aspektlərinin daha dərindən araşdırılmasına, zəngin irsinin əhatəli şəkildə tədqiqinə geniş imkanlar yaradır.

Şübhəsiz ki, hakimiyyətdə olduğu ilk illərdə Ulu Öndər Heydər Əliyevin qarşıya qoyduğu strateji hədəflərdən biri ölkə iqtisadiyyatının çoxşaxəli inkişafını təmin etmək üçün zəruri ixtisaslar üzrə yüksəkixtisaslı mütəxəssislər yetişdirilməsinə nail olmaq idi. Təhsilin hər bir ölkənin, cəmiyyətin həyatının mühüm sahəsi olduğunu, xalqın intellektual səviyyəsini əks etdirdiyini qeyd edən Heydər Əliyev Azərbaycan iqtisadiyyatının sürətli inkişafına nail olmaq üçün hər şeydən əvvəl yüksəkixtisaslı mütəxəssislərə ehtiyac olduğunu nəzərə alaraq, ilk növbədə, ölkənin intellektual potensialının təminatçısı olan ali təhsil müəssisələrinin inkişafına mühüm əhəmiyyət verirdi.

Elm və təhsili milli intibahın başlıca vasitəsi hesab edən Ulu Öndər yeni yaranmaqda olan elm sahələri üzrə milli kadrların hazırlanmasını təmin etmək üçün keçmiş SSRİ-nin ən qabaqcıl ali məktəblərində Azərbaycan üçün kvota alaraq hər il 1000-ə yaxın gəncin həmin ali məktəblərə təhsil almağa göndərilməsinə nail olmuşdu. Onun təşəbbüsü ilə 70-80-ci illərdə keçmiş SSRİ-nin 170-dən çox nüfuzlu ali məktəbində ən müxtəlif ixtisaslar üzrə 15 mindən çox azərbaycanlı ali təhsilli mütəxəssis hazırlanmışdı. Heydər Əliyev bu ali məktəblərdə müsabiqədənkənar oxumağa göndərilən gənclərin sayının ildən-ilə artırılmasına nail olmuşdu.

Sonralar Ulu Öndər bu prosesi belə dəyərləndirirdi: Mən 1969-cu il iyunun 14-də Azərbaycana rəhbər seçildikdən sonra, ilk növbədə, təhsillə məşğul olmağa başladım. O vaxt mən inanırdım: vaxt gələcək ki, bu kadrlar Azərbaycana lazım olacaqdır. Vaxt gələcəkdir ki, nəhayət, Azərbaycan müstəqil olacaqdır və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəklər. O vaxt gəlib çatdı. Hakimiyyəti dövründə kadr hazırlığı məsələsi ilə şəxsən ciddi şəkildə məşğul olan Ümummilli Lider Azərbaycanın gələcəyini, müstəqilliyini düşünürdü.

Ümummilli Lider 1975-ci il avqustun 28-də Azərbaycandan kənarda təhsil almağa göndərilən tələbələrlə görüşündə qeyd edirdi: “İqtisadi və mədəni quruculuq sürəti də, gələcəkdə respublikamızın ictimai həyatının səviyyəsi də nəticə etibarı ilə sizdən, gənclərin bütün indiki nəslindən, onların bacarığından, qabiliyyətindən, biliyindən asılı olacaqdır. Siz elmi-texniki inqilabı irəli aparmalı, elm və mədəniyyəti inkişaf etdirməli, cəmiyyətin yeni maddi və mənəvi sərvətlərini yaratmalı olacaqsınız”. Bununla da öz çıxışlarında Ulu Öndər Heydər Əliyev gənclərin ölkənin gələcək inkişafındakı tutacağı rol və vəzifələri aydın şəkildə onlara çatdırırdı.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədrinin müavini, texnika elmləri üzrə fəlsəfə doktoru Azər Şükürovun “Heydər Əliyevin dağ-mədən sahəsində kadr siyasəti” məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Dağ-mədən sənayesinin inkişafı Ulu Öndərin adı ilə bağlıdır

Doğrudan da Ulu Öndərin sovet idarəçiliyi dövründə və sərt konyunktura ənənələrinin hökm sürdüyü bir şəraitdə keçmiş ittifaqın ayrı-ayrı şəhərlərindəki nüfuzlu ali məktəblərə təhsil almağa göndərdiyi gənclər sonrakı illərdə müstəqil Azərbaycanın inkişafına öz töhfələrini verdilər. Onların arasında dağ-mədən sənayesi üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlanması da prioritet məsələlərdən idi. Məhz Ulu Öndərin xeyir-duası ilə keçmiş ittifaqın qabaqcıl ali məktəblərində təhsil almağa göndərilən tələbələrdən biri olaraq Moskva Dağ-Mədən İnstitutunda ali təhsil almaq imkanı qazandım. Qeyd edə bilərəm ki, sovet dövründə Ümummilli Lider Heydər Əliyev dağ-mədən sənayesinin perspektivini görərək, azərbaycanlı gənclərin ittifaqın müxtəlif respublikalarında bu sahə üzrə təhsil almasına xüsusi diqqət yetirirdi. O dövrdə Azərbaycanda Daşkəsən, Gədəbəy kimi ittifaq əhəmiyyətli filiz mədənləri var idi və həmin mədənləri istismar etmək üçün ixtisaslı mütəxəssislərə ehtiyac çox idi. Məhz bu səbəbdən ixtisaslı kadrların yetişməsi, onların dağ-mədən sənaye işlərinə cəlb edilməsi ölkə iqtisadiyyatının bu sahəsi üçün olduqca əhəmiyyətli idi. Sovet İttifaqının dağılmasından sonra Azərbaycanda bu sahədə müəyyən geriləmələr olmuşdu. İttifaqda olan imkanlar bizdə olmadığı, eyni zamanda, Azərbaycanda dağ-mədən sənayesi tənəzzülə uğradığı üçün kadr hazırlığı arxa plana keçmişdi. Lakin bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da dağ-mədən sənayesinin inkişafı bu sahə üzrə milli kadrların hazırlanması ilə sıx bağlı idi.

Əvvəllər bu sahə üzrə Azərbaycanda bir ali məktəb (keçmiş Azərbaycan Neft - Kimya İnstitutu) və iki texnikum fəaliyyət göstərirdi. Keçmiş SSRİ-də kadrların hazırlığı, yenidən hazırlığı, ixtisaslaşdırma, kadrların seçilməsi və yerləşdirilməsi dağ-mədən sənayesinin idarə olunması və işinin təşkilinin əsas hissəsi hesab olunurdu. O zaman dağ-mədən sənayesi üçün 48 ali məktəb, 151 texnikum və 295 peşə məktəbi kadr hazırlayırdı.

Azərbaycan Respublikasında dağ-mədən sənayesinin inkişafında Ümummilli Lider Heydər Əliyevin xidmətlərini xüsusi olaraq qeyd etmək lazımdır. O dövrdə Azərbaycan yeganə respublika idi ki, burada imtahan verən və yaxşı qiymət alan tələbələr ittifaqın bu sahədə ixtisaslaşmış istənilən tədris müəssisəsində təhsil ala bilirdilər. Bu imkan digər ittifaq respublikalarında yox idi. Qeyd etmək lazımdır ki, bu, bütün elm sahələrinə aid idi və Heydər Əliyevin ölkəmizdə dərin biliyə malik kadrların yetişməsində xüsusi xidməti idi.

Ulu Öndərin uzaqgörənliyi nəticəsində keçmiş Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geologiya və dağ-mədən kafedrası yaradılmışdı. Belə bir kafedranın yaradılması gələcəkdə Azərbaycanda dağ-mədən sektorunun inkişafı və bu sahədə işləyəcək kadrların hazırlığı üçün nəzərdə tutulmuşdu. 1988-ci ildə SSRİ Təhsil Nazirliyi Azərbaycanda həmin kafedranın bağlanmasını müzakirəyə çıxarmışdı. Ancaq o zaman artıq bizim təhsil aldığımız institutun - Moskva Dağ-Mədən İnstitutunun rektoru akademik V.V. Rjevski bu kafedranın bağlanmasına qarşı çıxdı. Çünki gələcəkdə Azərbaycanın bu sahənin kadrlarına böyük ehtiyacı olacaqdı. Buna görə də bu kafedranın bağlanmasına imkan vermək olmazdı.

Azərbaycan müstəqillik əldə etdikdən sonra bu məsələ yenidən aktuallıq kəsb etməyə başladı. Ulu Öndərin ən böyük xidmətlərindən biri də Azərbaycanın təbii ehtiyatlarının, o cümlədən yeraltı sərvətlərinin aşkar olunması və qiymətləndirilməsinə önəm verməsi idi. Ölkəmizin ərazisinin yer təkinin planauyğun və kompleks şəkildə öyrənilməsi, mineral-xammal bazasının inkişafı və genişləndirilməsi işləri ötən əsrin 70-ci illərinin əvvəllərindən daha geniş vüsət almağa başladı.

Ulu Öndərin hakimiyyətinin ilk illərindən Azərbaycanın aqrar iqtisadiyyatdan sənaye iqtisadiyyatına keçidinin təməli qoyuldu ki, bu da ölkəmizdə dağ-mədən sənayesi üçün yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsi, mövcud kadr ehtiyatının yenidənhazırlanması kimi mühüm vəzifələrin reallaşdırılmasını labüd etdi.

Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində geologiya və dağ-mədən mühəndisliyi üzrə bakalavr və magistratura səviyyələri üzrə mütəxəssis hazırlığının davam etdirilməsi Ulu Öndərin ölkənin sənaye qüdrətinin gücləndirilməsi istiqamətində dağ-mədən sahəsinin inkişaf etdirilməsinə olan xüsusi diqqətinin təzahürü kimi qiymətləndirilməlidir.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Heydər Əliyev mütəxəssis hazırlığı məsələsinə çox həssaslıqla və kompleks yanaşır və bu sahədə fəaliyyətin planlı şəkildə aparılmasını çıxışlarında müntəzəm olaraq ali təhsil müəssisələrinin qarşısında qaldırırdı. Ulu Öndərin böyük uzaqgörənliklə həyata keçirdiyi, ölkəmizin tərəqqisi və rifahı naminə üzərinə götürdüyü bu tarixi missiyanın hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi öz töhfələrini verməkdədir.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir