Hikmət Hacıyev: Ermənistan Müdafiə Nazirliyinin paylaşdığı məlumatların əksəriyyəti fotoşopdur
Bakı, 3 oktyabr, AZƏRTAC
Ermənistan Müdafiə Nazirliyi kifayət qədər saxta məlumatlar paylaşır. Bu məlumatların əksəriyyəti fotoşopdur. Onlardan bir neçəsini artıq ifşa etmişik.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.
Prezidentin köməkçisi deyib ki, guya İrəvan səmalarında dronlar uçurdu, o da fotoşop idi. Sonradan həmin görüntülərin saytlardan və sosial şəbəkələrdən silinməsi ilə bağlı göstəriş verilib.
“Media nümayəndələrimizə müraciət edirik ki, məlumatlara həssaslıqla yanaşsınlar və yalanları ifşa etsinlər. Sözügedən fotoşopları asanlıqla aşkarlamaq mümkündür”, - deyə Hikmət Hacıyev qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.08.2026 [00:02]
Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib
- 25.08.2026 [18:02]
Meksika mətbuatı Azərbaycan Prezidentinin Özbəkistana səfərini işıqlandırıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Ümumdünya Göllər Günüdür
- [11:46]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib
- 26.08.2026 [23:16]
Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb
- 26.08.2026 [23:15]
“Sabah” Futbol Klubu Prezident İlham Əliyevə təşəkkür edib
- 26.08.2026 [22:38]
Xalq artisti: Festival Laçının mədəni həyatına yeni nəfəs gətirir
- 26.08.2026 [21:20]
Macarıstanda sənaye müəssisəsində partlayış olub, iki nəfər ölüb
- 26.08.2026 [21:10]