Himalay dağının Nanqa Parbat zirvəsində itkin düşən alpinistlərin axtarışı nəticəsiz qalıb
Roma, 6 mart, AZƏRTAC
Himalay dağının Nanqa Parbat zirvəsində itkin düşən alpinistlərin axtarışı hələ ki nəticəsiz qalıb.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, dünyanın ən hündür doqquzuncu zirvəsində fevralın 24-də itkin düşən italiyalı Daniele Nard və ingiltərəli Tom Ballardın axtarışı ilə əlaqədar Pakistanın hərbi helikopteri tərəfindən sonuncu uçuş təxminən 7100 metr yüksəklikdə həyata keçirilib. Lakin heç bir izə rast gəlinməyib. Əlverişsiz hava şəraitinə baxmayaraq, alpinistlərin axtarışı bazar ertəsindən etibarən fasiləsiz davam etdirilir.
Tom Ballardın rəfiqəsi alpinistlərin sağ tapılmalarına ümidin qalmadığını söyləyib. Bu zirvə çoxlu sayda alpinistin həlak olması ilə əlaqədar “Qatil dağ” da adlandırılır.
İtaliyalı alpinistin Romanın cənubundakı Seççe şəhərindən olduğu bildirilir.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [13:00]
Rafael Qrossi İran və ABŞ arasında memorandumun imzalanmasını alqışlayıb
- 18.06.2026 [12:58]
Avropa İttifaqında qeyri-qanuni miqrantlarla bağlı yeni qaydalar təsdiqlənib
- 18.06.2026 [12:51]
Ceff Bezos: Süni intellekt kadr çatışmazlığına səbəb olacaq
- 18.06.2026 [12:49]
Litva hökuməti iyunun 23-də istefa verəcək
- 18.06.2026 [12:30]
Fransa və Almaniyanın birgə müdafiə qrupu yeni tanklar təqdim edib
- 18.06.2026 [12:07]
Mark Rütte: NATO ABŞ-nin alyansda iştirakını azaldacağını nəzərə almalıdır
- 18.06.2026 [12:04]